“Qərb bu seçkilərdən sonra Gürcüstana qarşı ciddi təzyiqlər edəcək”

“Gürcüstanda baş verənlər daima Azərbaycan üçün mühüm əhəmiyyət kəsb edib. Bu ölkədə inqilab və siyasi xaosun baş verməsi ölkənin milli birliyinə zərbə vurur. Xüsusilə, Gürcüstanda yaşayan azərbaycanlıların hüquqları və təhlükəsizliyi Azərbaycan üçün əsas prioritet olaraq qalır. Gürcüstanda oktyabrın 4-də yerli özünü idarəetmə orqanlarına seçkilər keçiriləcək”.
Adalet.az xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib.
Politoloq bildirib ki, Hakim Gürcü Arzusu Partiyasının keçirdiyi parlament seçkilərinin legitimliyi Qərb tərəfindən tanınmır:
“ABŞ başda olmaqla, Avropa İttifaqı "Gürcü Arzusunu" Rusiya yönümlü siyaət aparmaqda ittiham edirlər. Həqiqətən də Gürcü Arzusu hökumətinin qəbul etdiyi qərarlar Qərblə əlaqələri kifayət qədər böhranlı vəziyyətə gətirib. Oktyabrın 4-də hakimiyyət üçün sınaq olacaq. Baş nazirin açıqlamasına fikir verdikdə görürük ki, müxalifətin parçalanması hökumətin maraqlarına xidmət edir”.
M.Əsədullazadə deyib ki, ölkədə keçiriləcək yerli özünüidarəetmə seçkiləri ərəfəsində iki əsas düşərgəyə bölünüblər:
““Lelo”, “Vətəndaşlar”, “Girçi” və “Gürcüstan Uğrunda” Partiyaları seçkilərdə iştirak edəcək. Amma, "Vətəndaş Hərakatı" partiyası seçkiləri baykot edir. Xüsusilə, sabiq prezident Mixail Saakaşvilinin lideri olduğu düşərgə küçə etirazlarını davam etdirir. Hakim Gürcü Arzusu Partiyası müxalifətin yerlərdə qələbə əldə etməsinə imkan verməyəcək. Qərb bu seçkilərdən sonra Gürcüstana qarşı ciddi təzyiqlər və sanksiyalar tətbiq etməsi mümkün görünür. Çünki, rəsmi Tbilisin siyasəti Qərbin səbr kasasını aşırdır. Bir növ oktyabrın 4-də Tbilisdə Qərb və Rusiya tərəfdarları yenidən toqquşacaq. Gürcüstanda Bələdiyyə seçkilərində hakim partiya qələbəsini elan edəcək. Amma ölkədə inqilab proses baş verməsi gözlənilmir. Müxalifətin vahid lider olmaması və daxildə qütbləşmə hakimiyyətin onlara qarşı təzyiqlərini artırır. Müxalifət isə, köməyi Qərbdə axtarır. Qərb bölünmüş və adı olan "Vahid" amma reallıqda parçalanmış hərəkatlara dəstək vermək fikrində deyil”.
Vasif ƏLİHÜSEYN
Digər Xəbərlər

Əli Əsədov Türkiyənin milli təhsil naziri ilə görüşüb

Sahibə Qafarova Polşanın Azərbaycandakı səfiri ilə görüşüb

Elçin Əmirbəyov: Azərbaycan Ermənistanla sülh üçün böyük imkanlar görür

İlham Əliyev Səudiyyə Ərəbistanının Kralını təbrik etdi

Pezeşkian Şahin Mustafayevi qəbul etdi - YENİLƏNİB

Ceyhun Bayramov Mirzoyanla görüşdü

Ceyhun Bayramov Yohan David Vadeful ilə görüşüb
