"Trampın Qəzza ilə bağlı 20 bəndlik planı icra edilməlidir"
"ABŞ Prezidenti Donald Trampın Qəzza ilə bağlı 20 bəndlik planı ərəb ölkələri, Avropa və Türkiyə tərəfindən qəbul edilib. Xüsusilə, Həmasla ABŞ və İsrail arasında aparılan danışıqlara vasitəçilik edən Qətər də razılıq verib. Məhz buna görə Benyamin Netanyahu Qətərin Baş nazirindən hücuma görə üzr istədi".
Adalet.az xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib.
Politoloq bildirib ki, Yaxın Şərqin yeni şəkilləndirilməsi reallaşır:
"Göründüyü kimi İsrailin Qəzzanı işğal etmək planı baş tutmur. Bu planda Qəzzanın İsrailin ərazisinə birləşdirilməsi nəzərdə tutulmur. Böyük Britaniya, Türkiyə və ərəb ölkələri Qəzzanın İsrailin idarəçiliyinə verilməsinə icazə vermədi. Halbuki Benyamin Netanyahunun əsas planı Qəzzanı tam işğal etmək, fələstinliləri buradan köçürmək ibarət idi. Bu plana Donald Trampı da inandırmışdı. Bu planın baş tutmamasında Türkiyə və Böyük Britaniyanın rolu xüsusi rolu olub.
Həmas 72 saat ərzində girovları buraxmalı. Həmçinin İsraildə üzərinə düşəni həll etməlidir. Əgər, bu Donald Trampın bu planını İsrail yerinə yetirməsə, Donald Trampın reytinqinə mənfi təsir edəcək. Xüsusilə, bu təkcə daxili deyil, beynəlxalq nüfuzu zədələnəcək".
Vasif ƏLİHÜSEYN
Digər Xəbərlər
11 Noyabr 2026 09:10
Paşinyan Türkiyədədir - VİDEO
11 Noyabr 2026 08:49
Pezeşkian Türkiyəyə gedir
10 Noyabr 2026 20:00
Kiyev iki şəhərə bölünə bilər
10 Noyabr 2026 19:52
Zelenski: Əbu-Dabidə Ukrayna-ABŞ-Rusiya danışıqları konstruktiv olub
10 Noyabr 2026 19:00
Makron həyat yoldaşını təhqir edən aparıcını yenidən məhkəməyə verdi
10 Noyabr 2026 18:50
İzmirdə metallurgiya zavodunda partlayışda ölənlərin sayı 18-ə çatıb
10 Noyabr 2026 18:13
Bolqarıstanda matəm ELAN EDİLDİ - VİDEO
10 Noyabr 2026 18:09


Bakı -°C

