“Ona görə hamı xəbərin dəqiq olub olmaması ilə bağlı məni axtardı”
“Eldən daha bir nəhəng sənətkar getdi. Sənətin, səhnənin, şeiriyyatın fövqündə dayanan bir sənətkar! Əminə Yusifqızı səsinin möcüzəsi ilə sevdim şeiriyyatı. Maraqlıdır ki, onun qiraətindən sonra başqa heç bir təqdimatı qəbul edə, eşidə bilmədim... Çox doğma, sıx və pünhan ünsiyyətimiz var idi”.
Adalet.az xəbər verir ki, bunu aparıcı Saleh Bağırov Xalq artisti Əminə Yusifqızının vəfatı ilə bağlı paylaşımında deyib.
“Bunu hər kəs bilirdi. Görünür ona görə hamı xəbərin dəqiq olub olmaması ilə bağlı məni axtardı. Sirdaş idik. Son illər tez-tez baş çəkirdim, hal-əhval tuturdum, söhbət edirdik. "Səninlə danışanda gəncləşirəm "-deyirdi. Yaşadığı ,danışdığı həyatı bir roman, bir kitab idi sözün əsl mənasında. O qədər duyğulu, həyəcanlı və xoşbəxt anları ilə dolu idi ki xatirələri.
Getdin şirin, acı xatirələrlə...
Qaldı yaddaşımda xəyalın sənin.
Söylədiyi məşhur şeirlərdən birinin misraları...
Şəxsən mənim və sizi sevənlərin yaddaşında səsiniz, sözünüz, xəyalınız əbədi yaşayacaq!
Ruhunuz şad olsun sənətkar!”- deyə aparıcı bildirib.
Vasif ƏLİHÜSEYN
Digər Xəbərlər
11 Yanvar 2026 08:56
Nikolas Keycin film çəkilişləri nasist simvollarına görə ləğv edildi
08 Yanvar 2026 12:47
Murat Bisembin vəfat etdi
07 Yanvar 2026 13:17
Samir Bağırov: “Sevənlərim mənə dəstək olurlar”
07 Yanvar 2026 13:07
Nazilə: “O, istədiyi adamı quyudan çıxarar”
05 Yanvar 2026 22:03
Namiq Məna qızının ailəsi ilə qəzaya düşməsindən DANIŞDI
05 Yanvar 2026 15:10
Qaşları ilə xəbər başlıqlarına çıxan Alişan yeni bir paylaşım etdi - FOTO
05 Yanvar 2026 13:00
Rahidə Baxışova: “Qadın qadını anlamaq istəmir, nəinki kişi…”
05 Yanvar 2026 12:40


Bakı -°C

