“Bəlkə ölülərimizi dəfn etdiyimiz yerlərdən çıxarıb azad edilmiş torpaqlarımıza aparaq?
“Müasir dövrdə 1988-ci ildən başlayıb 2020-ci ilin 8 noyabrına qədər Qarabağ camaatı yalnız torpaq itikisi ilə, yurd həsrətilə yaşamayıb. Düşməndən gələn fəlakət məlum idi. Bu illərdə özümüzünkü sayılanlardan da çox həqarətlər, haqsızlıqlar gördük və hətta, Böyük Qələbədən sonra belə haqsızlıqlarla üzləşməkdə davam edirik. Biriləri zamanında Qarabağı müdafiə etmək üçün birlik nümayiş etdirməməkdə suçlayıb, öz həqarətlərinə haqq qazandırmaq istəyir, digərləri isə, məcburən Qarabağda deyil, ölkənin müxtəlif yerlərində dəfn edilmiş məzarlarımızın yollarını bağlamaqla haqsızlıqlara yol verirlər”.
Adalet.az xəbər verir ki, bunu Qarabağ müharibəsi veteranı, polkovnik-leytenant İlham İsmayıl deyib.
O bildirib ki, Qarabağın salamat qalmış qəbristanlıqlarını görənlər şahiddirlər ki, məzarlar necə səliqəli və baxımlıdır:
“Erməninin dağıtdıqlarını demirəm, bu düşmən işidir. Torpağımız əlimizdə olsaydı, qəbristanlıqlarımız da dağılmayacaqdı. Bu nədir? Dirimizdən yox, ölümüzdən bu gün qisas almağı fikirləşənlərin məqsədi nədir? İşğal illərində Qarabağ camaatı ölülərini Azərbaycanın müxtəlif yerlərində dəfn etməyə məcbur oldular. Azərbaycanın çox istedadlı şairi Şahmar Əkbərzadənin məzarına gedən yolun Xırdalan bələdiyyə başqanı tərəfindən satıldığını və bununla da məzarı ziyarət etmək istəyənlərin yolunun bağlanması xəbərini eşidəndə mənəviyyatsızlığın aşınma dərəcəsini düşünmək belə istəmədim. Fəqət... Bu işlərə məsul olan şəxs kimdirsə Şahmar Əkbərzadə kimi dəyərli bir şairin məzarına gedən yolu satmaq yox, ən azı gərək səliqəli bir cığır çəkəydi, cığıra mərmər döşətdirəydi, nəinki pul əldə etmək üçün yolu sataydı. Nə etsin Qarabağ camaatı?”.
İ.İsmayıl deyib ki, bəlkə işğal illərində məcbur olub ölülərimizi dəfn etdiyimiz yerlərdən çıxarıb azad edilmiş torpaqlarımıza aparaq?
“Ona görə ki, hansısa bələdiyyə sədri sabah məzar yerini kiməsə satıb deyə bilər ki, yerin pulunu vermirsinizsə, bura satılıqdır. O qədər məşhur və ölkə səviyyəsində dəyərli sayılan qarabağlıların məzarları var ki... Nə edək? Hansısa məmurun pul qazanmasına görə müqəddəs bildiyimiz məzarların taleyini azğın məmurların hökmünəmi buraxaq? Mənim vəsiyyətim budur ki, məni kəndimizin qəbristanlığında dəfn etsinlər”.
Vasif ƏLİHÜSEYN
Digər Xəbərlər
27 Noyabr 2025 16:23
Şəhidlər xiyabanında qeyri-etik videolar çəkənlər üzr istədilər
27 Noyabr 2025 12:52
Səhiyyə naziri I Beynəlxalq elmi-praktik konfransda çıxış edib - FOTOLAR
27 Noyabr 2025 11:17
Ombudsman BMT-də mina problemindən danışıb - FOTO
27 Noyabr 2025 11:06
Bakı-Ağstafa-Bakı istiqamətində əlavə qatar reysləri təyin edildi
27 Noyabr 2025 10:55
Pensiyalara ayrılan vəsaitlərdə artım gələn il davam edəcək - RƏSMİ
27 Noyabr 2025 10:54
“Dinimizi mövhumat quyusundan çıxarıb olduğu kimi camaata təqdim etmək istəyirik...”
27 Noyabr 2025 10:12
Əziz Orucov azadlığa çıxdı - FOTO
27 Noyabr 2025 09:22


Bakı -°C

