"Ən yaxşı xəbər yeni istehsal müəssisəsinin yaradılmasıdır"
"Azərbaycan iqtisadiyyatı üçün ən yaxşı xəbər yeni istehsal müəssisəsinin yaradılmasıdır. Xüsusilə də AQRAR EMAL (!!!) müəssisəsinin fəaliyyətə başlaması strateji əhəmiyyət daşıyır. İqtisadçılar bunun nə demək olduğunu, həyatın onlarla müxtəlif istiqamətinə olan faydasını yaxşı anlayır".
Adalet.az xəbər verir ki, bunu iqtisadçı Eldəniz Əmirov deyib.
"Buna görə bu mövzuya toxundum ki, bu gün cənab Prezident İlham Əliyev İmişlidə AQRAR EMAL müəssisəsinin açılışında iştirak edib. Belə xəbərlər, yəni regionda açılan hər bir istehsal və emal müəssisəsi barədə yayılan xəbərlər və sujetlər, əslində, ölkə iqtisadiyyatı üçün ən yaxşı xəbərlərdən və ən dəyərli sujetlərdən biridir.
Çünki yeni yaradılan real iqtisadi dəyər ölkə üçün hava-su kimi vacibdir. Regionda bir emal müəssisəsinin açılması regional məşğulluğu dəstəkləyir, qeyri-neft iqtisadi artımına təkan verir, sosial rifahı gücləndirir və dayanıqlı inkişaf üçün mühüm baza yaradır.
Bunlar öz yerində. Amma məsələ təkcə iqtisadi deyil, hər açılan regional (emal və istehsal) müəssisə bütün ölkənin həyatına təsir edir, hətta paytaxt küçələrində tıxac artımının tempini azaldan amilə çevrilir",- deyə o bildirib.
Vasif ƏLİHÜSEYN
Digər Xəbərlər
29 Yanvar 2026 17:19
Azərbaycan Mərkəzi Bankında YENİ TƏYİNAT
29 Yanvar 2026 16:06
"İndiki mərhələdə belə bir dönüş nöqtəsinə ehtiyac var" - İqtisadçı
29 Yanvar 2026 15:14
Torpaq vergisi bəyannaməsinin təqdim olunması müddəti dəyişdi
29 Yanvar 2026 12:31
Əhalinin banklardan asılılığı artıb - RƏQƏMLƏR
29 Yanvar 2026 12:08
Naxçıvanda 4 milyon manatdan çox ƏDV məbləği geri qaytarılıb
29 Yanvar 2026 11:42
Pensiyaçılara şad xəbər: Gələn həftə artımların məbləği bilinəcək
28 Yanvar 2026 17:41
“AzerGold” QSC cari ildə ilk ixrac əməliyyatını həyata keçirib
28 Yanvar 2026 17:07


Bakı -°C

