Bakıda niyə hər adam mənzil ala bilmir?
Sovet dönəmində ev almaq bir o qədər də çətin deyildi. Ən azından kim 10- 15 il hər hansı yerdə, fabrik- zavodda işləyrdisə, növbəyə durub mənzil ala bilirdi.
Hələ biz kooperativ mənzillərin alınmasını demirik. Ancaq indiki dövrdə mənzil almaq çox çətin məsələdir. Fabrik - zavodlar yoxdu, hər iş yerindən də ev almaq mümkün deyil. Güzəştli, eləcə də ipoteka yolu ilə satılan evləri də hər adama vermirlər.
Gərək ya yüksək maaş alazan, ya da ev satan qurumlarda yaxşı bir tanışın ola. Güzəştli evlərin satışında heç bir şəffaflıq yoxdu. Bir də görürsən ki, bir neçə saatın içində o mənzillər satışa çıxarıldı və satıldı. Yəni bu evlərin satışı bir korrupsiya mənbəyidir.Bəs onda imkansız və kasıb adamlar necə ev almalıdır! Görünən odur ki, yaxın gələcəkdə heç yerdə işləməyn, eləcə də yüksək əməkhaqqı almayan adamlar mənzil üzünə həsrət qalacaqlar.
Ona görə də hökumət bu barədə ciddi düşünməlidir. Və kasıb insanların ev alması üçün Dövlət Proqramı hazırlamalıdır.Ermənistanda və Gürcüstanda evlər Bakıya nisbətən 30- 40 faiz ucuzdur.
Bir adamın on , iyirmi yerdə evi var, hətta mənzillərinin sayını yaddan çıxaranlar da var! Elə bilirsiniz bu mənzillərin sahibi onları halal pulla alıb? Əlbəttə, yox! Onda imkansız və kasıb insanların ev alması üçün yollar axtarılmalı, problemlər həllini tapmalıdır!!! Vətəni kasıblar qoruyur, amma onun xeyirini varlılar görür! Bu, ədalətlidirmi?
Emil Faiqoğlu
Digər Xəbərlər
05 Avqust 2026 14:48
İpoteka Fondundan yeni mənzillər - Seçim tarixi açıqlandı
05 Avqust 2026 13:48
Uşaqların sosial şəbəkələrdə qeydiyyatı ilə bağlı yeni tələblər müəyyənləşib
05 Avqust 2026 12:43
"Böyük Köç" davam edir: Yolumuz Xocavəndədir!
05 Avqust 2026 12:32
Sabah 39 dərəcə isti olacaq
05 Avqust 2026 10:11
Azərbaycanda donuzlarla bağlı geniş monitorinq keçiriləcək
04 Avqust 2026 20:45
Sabah çimərliyə getmək istəyənlərin NƏZƏRİNƏ!
04 Avqust 2026 18:41
Özəl bağçalarda 8 min uşağın təhsili dövlət tərəfindən maliyyələşdiriləcək
04 Avqust 2026 16:46


Bakı -°C

