“Ermənistan həqiqətən də barışıq istəyirsə, uzadılan əldən bərk-bərk yapışmalıdır”
“Azərbaycan Prezidentin Azərbaycanın ərazisindən keçməklə Ermənistana tranzitin təşkil edilməsi ilə bağlı verdiyi qərar əslində Paşinyan administrasiyasına da müsbət nəticə verdi”.
Bunu Adalet.az-a açıqlamasında politoloq Samir Hümbətov deyib.
Onun sözlərinə görə, bu, daxildə Paşinyana qarşı müxalif mövqedə olan və Azərbaycanla Ermənistan arasında heç bir əlaqələrin olmayacağı fikrini ictimaiyyətə yaymağa çalışan qüvvələrə cavab kimi qiymətləndirilə bilər:
“Çünki Paşinyan əlini gücləndirmək üçün elə bir addım atılmalıydı ki, o cəmiyyətə və eləcə də müxalif qüvvələrə başa sala bilsin ki, biz Azərbaycanla həqiqətən də sülh və dialoq istiqamətinə yönəlmişik. Yəni bizim potensialımız formalaşıb. İndi Azərbaycan Prezidentinin bu addımı Ermənistanın Baş naziri Nikol Paşinyanın əlini gücləndirdi. Düşünürəm ki, bundan sonra artıq Ermənistan tərəfi də müəyyən addımlar ata bilər. Əslində bu sülh quruculuğu üçün də jest kimi qiymətləndirilə bilər. Hesab edirəm ki, Ermənistan həqiqətən də barışıq istəyirsə, uzadılan əldən bərk-bərk yapışmalıdır və öz tərəfinin ən azından regiona sülhüm gəlməsi üçün ciddi addımlar atmalıdır”.
Vasif ƏLİHÜSEYN
Digər Xəbərlər
23 Dekabr 2025 17:45
Cevdet Yılmaz Sahibə Qafarova ilə regional prosesləri müzakirə edib - YENİLƏNİB
23 Dekabr 2025 17:28
Prezident Ağdamda metal elektrik dirəklərinin istehsalı müəssisəsinin açılışında - FOTOLAR
23 Dekabr 2025 17:25
Milli Məclisin növbəti iclasının gündəliyi açıqlandı
23 Dekabr 2025 15:59
"Keçmiş köçkünlər öz dədə-baba torpaqlarına qayıdırlar" - Dövlət başçısı
23 Dekabr 2025 14:36
Dmitri Medvedev İlham Əliyevə təbrik məktubu ünvanladı
23 Dekabr 2025 13:35
Bakıda II Azərbaycan–Türkiyə İnvestisiya Forumu keçirilib - YENİLƏNİB
23 Dekabr 2025 13:09
Spiker Milli Məclisin növbəti iclasının vaxtını açıqladı
23 Dekabr 2025 12:42


Bakı -°C

