“Son 30 ildə iqtisadiyyatımıza 300 milyard dollardan artıq sərmayə cəlb edilib”
“Bu gün Azərbaycan Respublikasının Konstitusiyası Günü qeyd olunur. Ölkəmizin əsas sənədi 30 il öncə- 1995-ci il noyabrın 12-də keçirilmiş referendumda qəbul edilib. Müstəqil Azərbaycan Konstitusiyasının müəllifi Ümummilli Lider Heydər Əliyevdir və dövlətçiliyimizin təşəkkülündə və hüquqi cəmiyyət quruculuğunda xüsusi rola malik olan əsas qanunumuzun qəbulunda Ulu Öndərin müstəsna xidmətləri olmuşdur”.
Adalet.az xəbər verir ki, bunu millət vəkili Vüqar Bayramov deyib.
Onun sözlərinə görə, Konstitusiyanın qəbulu həmçinin Azərbaycanda iqtisadi islahatların dərinləşməsinə və xüsusən də özəl sektorunun davamlı inkişafına təkan vermişdir:
“Konstitusiyamızın qəbulundan keçən 30 ildə Azərbaycanın dövlət büdcəsi 50 dəfə artıb. Eyni zamanda, 1995-ci ildə 300 dollar olan adambaşına ÜDM 2025-ci ildə 7,6 min dollara yüksələrək 25 dəfədən çox artıb. Beynəlxalq Valyuta Fondunun qiymətləndirmələrinə əsasən, post-sosialist dövlətləri arasında adambaşına düşən ÜDM-in həcminə görə son 30 ildə ən güclü sıçrayışı Azərbaycan nümayiş etdirib. Konstitusiyanın qəbulunun həmçinin mülkiyyət hüquqlarının təsnifləşdirilməsi və liberal iqtisadiyyatın dəstəklənməsi baxımdan da xüsusi töhvələri oldu. Nəticədə, son 30 ildə Azərbaycan iqtisadiyyatına 300 milyard dollardan artıq sərmayə cəlb edilib. Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi ilə artıq vətəndaşlarımızın konstitusional hüquqları bütün suveren ərazilərimizdə qorunur. Bu Azərbaycan tarixində yeni inkişaf mərhələsidir”.
Vasif ƏLİHÜSEYN
Digər Xəbərlər
06 Dekabr 2025 10:57
Neftimiz 67 dollara çatır
06 Dekabr 2025 10:54
Azərbaycan manatı ilə bağlı vacib PROQNOZ
06 Dekabr 2025 10:03
Suqovuşanda 65 min manata ticarət mərkəzi tikiləcək
05 Dekabr 2025 18:00
“Gömrük–biznes” inkişaf modeli yaradılacaq
05 Dekabr 2025 10:52
Maaşlar 9,5 faiz artdı: Pensiyalar nə qədər artırılacaq?
05 Dekabr 2025 10:26
172,3 milyon manatdan çox ƏDV geri qaytarılıb
04 Dekabr 2025 12:49
Vergilərin 73,1 faizi qeyri-neft-qaz sektorunun payına düşüb
04 Dekabr 2025 10:42


Bakı -°C

