“Təyyarənin quyruğu qırılıb və ondan sonra isə təyyarə...”
Xəbər verdiyimiz kimi Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus hərbi yük təyyarəsinin Gürcüstan ərazisində qəzaya uğraması nəticəsində 20 nəfər hərbçi həlak olub.
Qəzayla bağlı Adalet.az-a danışan hərbi ekspert Ədalət Verdiyev bildirdi ki, C-130 uzun müddət istifadədə olan etibarlı vasitədir, amma müddət baxımından 50-60 il istifadə olunan təyyarələrdə bəzən gözlə görünməyən mikroçatlar, çürümələr, korroziyalar olur ki, bu da yüksək hündürlükdə təyyarənin parçalarının arasında kontaktın qopmasına gətirib çıxarır:
“Digər bir məsələ burda daxildə olan yüklərin qeyri-bərabər və yaxud da kifayət qədər sərt bir şəkildə bərkidilməməsi ilə bağlı ola bilər. Yəni təyyarə manevr etdikdə həmin yüklər bir tərəfdən yerdəyişmələr edə, ləngər verə bilir və bunun da nəticəsində təyyarənin quyruğunun qırılması ehtimalı böyükdür. Görüntülərdə də təyyarənin korpusu iki yerə bölünmüş halda və quyruğun korpusdan daha erkən aşağı enməsini müşayiət edirik. Başqa sözlə desək burda ilk növbədə təyyarənin quyruğu qırılıb və ondan sonra isə təyyarə havada sabit uçuş vəziyyətini itirir və dövr edərək yerə yaxınlaşır. Burada ən əsas məsələ ondan ibarətdir ki, bu heyət kifayət qədər təcrübəli bir heyət olub. Onların xilas olması üçün imkanların olduğunu düşünmürəm”.
Ekspert bildirib ki, real bu vəziyyətdə daxildə hansı şərait olubmu, paraşütlə tullanmaq üçün imkanların olub-olmamasını qəzanı araşdıran komissiya deyə biləcək: “Hesab edirəm ki, əgər belə bir imkan olsaydı, şəxsi heyət bu imkandan mütləq yararlanardı”.
Vasif ƏLİHÜSEYN


Bakı -°C

