“Tokayevin Rusiyaya səfəri siyasi balansın qorunması cəhdidir...”
“Qazaxıstan Prezidenti Qasım-Comərt Tokayevin ABŞ səfərindən dərhal sonra Rusiyaya səfəri əsasən siyasi balansı qorumağa hesablanıb. Moskva ilə Astana arasında imzalanmış "Strateji tərəfdaşlıq və müttəfiqlik haqqında" Bəyannamə bu səfərin əsas nəticələrindən biri olsa da, sənəd dəyişən geosiyasi çağırışlara cavab vermir”.
Adalet.az xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib.
Politoloqun sözlərinə görə, ABŞ və Mərkəzi Asiya ölkələri arasında keçirilən son sammitdən sonra regionda yeni siyasi-iqtisadi mərhələ başlayır:
“Bu mərhələdə Mərkəzi Asiya ölkələri, o cümlədən Qazaxıstan, ABŞ ilə iqtisadi, siyasi, təhlükəsizlik və müdafiə sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir. Belə şəraitdə Qazaxıstanın Rusiya ilə imzaladığı müttəfiqlik bəyannaməsi qüvvədə olmayacaq. Əslində, Rusiya ilə Qazaxıstan arasında imzalanmış bu sənəd Moskva-Bakı xəttində 2022-ci ildə imzalanmış müttəfiqlik bəyannaməsinə bənzəyir. Lakin təcrübə göstərir ki, Rusiya Azərbaycanla imzaladığı bəyannaməyə baxmayaraq, siyasi təxribatlarını davam etdirib. Eyni vəziyyətin Qazaxıstan istiqamətində də təkrarlanması gözləniləndir. Ümumiyyətlə, Q.Tokayev bu reallığı yaxşı anlayır. O, Moskva ilə sənədi daha çox Rusiyanı neytrallaşdırmaq və siyasi tarazlıq saxlamaq məqsədilə imzalayıb.
Qeyd edim ki, Rusiya üçün müttəfiqlik anlayışı formal xarakter daşıyır. Moskva üçün real tərəfdaş yox, vassal münasibətləri önəmlidir. Buna görə də, həm Azərbaycan, həm də Qazaxıstanla imzalanmış müttəfiqlik bəyannamələri kağız üzərində qalacaq”.
Vasif ƏLİHÜSEYN
Digər Xəbərlər
13 Noyabr 2025 14:06
Zelenski cəbhə xəttində - VİDEO
13 Noyabr 2025 13:52
Türkiyə Müdafiə Nazirliyi C-130 təyyarəsinin istifadəsi dayandırdı
13 Noyabr 2025 13:12
Peskov Ukraynanı günahlandırır
13 Noyabr 2025 11:52
Türkiyəni tanıtmaq üçün strateji əməkdaşlıq
13 Noyabr 2025 11:39
Aprel savaşında Sarkisyan Putinə nə yazıb? - Paşinyan sirləri açdı
13 Noyabr 2025 09:10
"Avropanın müharibəyə hazırlaşdığını görürük" - Peskov
12 Noyabr 2025 18:42
TRIPP-in tikintisinə nə zaman başlanacaq? - Paşinyan açıqladı
12 Noyabr 2025 18:20


Bakı -°C

