“Müharibə Rusiyanı həm maddi, həm də mənəvi cəhətdən çökdürüb...”
“Rusiya Dövlət Dumasında kişilərin pensiya yaşının 75-ə qaldırılması müzakirəyə çıxarılır. Kəskin demoqrafik problem yaşayan bu ölkədə kişilərin orta ölüm yaşının 70-72 olduğu bildirilir. Nabiulina deyir ki, o halda adamlar indikindən xeyli artıq məbləğdə pensiya alacaqlar (İndi gör 100 yaşında pensiyaya çıxsalar, nə qədər böyük məbləğ olar)!”.
Adalet.az xəbər verir ki, bunu yazıçı Səfər Alışarlı deyib.
Onun sözlərinə görə, pensiya yaşı qaldırılmasa, (kəsiri 5 trilyon olan) Rusiya dövlət büdcəsi darmadağın olacaq:
“Elvira xanım dünya bazarında Rusiya neftinin 1 barrelinin 36 dollara düşdüyünü deməyib. 1 barrelin 159 litr olduğunu nəzərə alsaq, bu ölkənin ehtiyatda hələ beş-on rublunun olduğunu düşünmək olar. Baş bangir daha sonra deyib ki, rusiyalılar həddən artıq yeyirlər, bir az özlərini sıxsalar, yaxşı olar. Müharibə Rusiyanı həm maddi, həm də mənəvi cəhətdən çökdürüb. Bir azdan yəqin ki, atom bombalarını satmağa məcbur olacaq”.
Vasif ƏLİHÜSEYN
Digər Xəbərlər
10 Yanvar 2026 19:11
Britaniya XİN İranda etirazçıların öldürülməsini pislədi
10 Yanvar 2026 18:27
"Etirazçılara ölüm cəzası olacaq" - İranın baş prokuroru
10 Yanvar 2026 17:43
Makron Ukraynaya 6000 əsgərin yerləşdirilməsi planını təqdim etdi
10 Yanvar 2026 17:20


Bakı -°C

