“Vertolyotun səmada vurulması təkcə düşmənçilik deyildi...”
Xəbər verdiyimiz kimi, bu gün Azərbaycanın müstəqillik tarixinin ən faciəli hadisələrindən olan Qarakənd faciəsindən 34 il ötür.
Faciə ilə bağlı Adalet.az-a danışan professor Qulu Məhərrəmli bildirib ki, Qarakənd səmasında Azərbaycan vertolyotunun vurulması əlbəttə ki, bizim son dövr tariximizin
Qarabağ xronikasının ən ağır, qanlı səhifələrindən biridir:
“Çünki heç bir günahı olmayan insanların mindiyi vertolyotun səmada vurulması əlbəttə ki, təkcə düşmənçilik deyil, antiinsani, antibəşəri, əsl quldur hərəkətidir. Çox təəssüf ki, o cinayətkarlar bu günə qədər tapılmadı, amma Allah böyükdür və kütləvi bir şəkildə bu cinayətin təşkilatçıları tədricən cəzalanırlar”.
Q.Məhərrəmli o ağır dövrdə televiziyada işlədiyini deyib:
“O vertolyotda həlak olanlarla indiki “Şəhriyar” klubunda vidalaşma mərasimi keçirilirdi. O mərasim televiziya ilə translyasiya olunurdu və orda mən də iştirak edirdim. Yəni çox ağır günlər idi. Xüsusən yaxınlarını, əzizlərini, doğmalarını itirmiş adamların hisslərini, emosiyalarını, kədərini hiss etmək, görmək çox çətin idi. Tarixdi və hesab edirəm ki, bu tarix həmişə yaddaşlarda olmalıdır”.
Vasif ƏLİHÜSEYN
Digər Xəbərlər
10 Oktyabr 2026 17:00
FHN yanğın təhlükəsizliyi mövzusunda kütləvi aksiya keçirib
10 Oktyabr 2026 16:36
İlham Əliyev Kadırovla birgə nahar edib - FOTOLAR
10 Oktyabr 2026 16:16
Prezident Ramzan Kadırovla “Ağ Şəhər”də - FOTOLAR
10 Oktyabr 2026 15:46
İlham Əliyev Kadırovu qəbul etdi - FOTOLAR
10 Oktyabr 2026 13:56
“Həmin qərarı dini inanclı insanların sıxışdırılması kimi qiymətləndirmək doğru deyil”
10 Oktyabr 2026 12:16
Bakıda bu əraziyə istinad divarı çəkiləcək - VİDEO
10 Oktyabr 2026 11:26
Yol polisi sürücülərə müraciət etdi
10 Oktyabr 2026 11:10


Bakı -°C

