“Heç bir halda qızılın ilin əvvəlidəki qiymətinə qədər enəcəyini gözləmirəm...”
“Bu il qızıl sıçrayışla təxminən 4 380 dollara qədər yüksəldi, amma sonra artım dayandı və cüzi geri addımlasa da ciddi eniş baş vermədi. Bunun səbəbi qızılın bahalaşmasını dəstəkləyən fundamental faktorların hələ də qüvvədə qalmasıdır. Ona görə də qızıl nə kəskin geri çəkilir, nə də yeni güclü ralliyə başlayır. O “yatır”, amma “yuxulamayıb” və növbəti mərhələni gözləyir”.
Adalet.az xəbər verir ki, bunu iqtisadçı Eldəniz Əmirov deyib.
İqtisadçı bildirib ki, bu vəziyyəti belə təsvir edək:
“Təsəvvür edin, minalar qurulub, amma yeni qurulan minalar hələ partlamayıb. İndi isə bu minaların nələr olmasına baxaq:
Çin-ABŞ rəqabəti günü gündən kəskinləşir.
Çin və ABŞ-nin Venesuela üzərində təsir savaşı və bu ölkəyə müdaxilə ehtimalı qalır.
Qlobal borc böhranı riskləri artır.
Mərkəzi bankların, xüsusilə Çin, Türkiyənin, Rusiyanın, Hindistan və Yaxın Şərq ölkələrinin rekord həcmdə qızıl alışı davam edir.
Dolların qlobal dəyər itirmə riski artır və onun dünya rezerv valyutası kimi rolu zəifləyir.
İtaliyanın Avropa Mərkəzi Bankından öz qızıl ehtiyatlarının geri qaytarılmasını tələb edir. Bu isə Avropada qızıl siyasətinin dəyişməsinə işarədir.
Deməli, qızılı bu səviyyələrə qaldıran səbəb minaların partlaması yox, onların bir-birinə yaxın məsafədə qurulması idi. Yəni risklərin artması artıq qiymətə daxil olub”.
O, bildirib ki, yaxın Şərqdə baş verənlər və Rusiya-Ukrayna müharibəsi isə minaların qurulmasına şərait yaradaraq qızılın hazırkı qiymətində tam əks olunub:
“2026-cı ildə bu minalar zərərsizləşdirilsə, qızılda müəyyən eniş ola bilər. Amma heç bir halda qızılın ilin əvvəlidəki qiymətinə qədər enəcəyini gözləmirəm. Yox, əgər bu minalardan biri belə partlasa qızıl sürətlə arta bilər. Artımın hara qədər davam etməsi isə hansı minanın və ya hansı minaların partlamasından asılıdır. Qısası, qızıl bu gün gözləmə mərhələsindədir. Minalar yerindədir, sadəcə hansısa hadisənin onun üzərinə toxunmasını gözləyir. Amma 2026-cı ildə bu minalardan hansısa birinin zərərsizləşdirilməsi və ya partladılması ehtimalı çox aşağıdır. Böyük ehtimal ki, 2025-ci ildə olan qeyri-müəyyənlik və geosiyasi xaotiklik 2026-cı ildə də davam edəcək. Üstəlik, ABŞ-nin kəskin xarici siyasəti bu qeyri-müəyyənliyi təkcə 2026-da deyil, böyük ehtimalla 2027-də də davam etdirəcək. Odur ki, qızıl (investisiya qızılı, zərgərlik deyil) yenə də uzunmüddətli investisiya məqsədləri üçün ən etibarlı investisiya aləti olaraq qalacaqdır”.
Vasif ƏLİHÜSEYN
Digər Xəbərlər
03 Dekabr 2025 12:03
Tramp dünyaya necə "nümunə" olur?
03 Dekabr 2025 11:50
Dünyada bahalaşan və ucuzlaşan ərzaq məhsulları - SİYAHI
03 Dekabr 2025 11:17
Gürcüstan Zəngəzur dəhlizinə qarşıdır – Politoloq
03 Dekabr 2025 10:20
Bakıda orta aylıq əməkhaqqı artıb
02 Dekabr 2025 17:21
Vəfat edənlərin pensiya kapitalı ailəsinə veriləcək? - Nazirdən açıqlama
02 Dekabr 2025 17:21
Baş nazir təhsil müəssisələri ilə bağlı qərar imzaladı
02 Dekabr 2025 17:10
Nazir kimlərin erkən pensiyaya çıxdığını açıqladı
02 Dekabr 2025 16:57


Bakı -°C

