“Rusiya-Ukrayna cəbhəsində vəziyyət tamamilə dəyişəcək”
“Hazırda Rusiya-Ukrayna cəbhəsində vəziyyət belədir ki, Rusiya müvəqqəti hərbi üstünlüyə malikdir və bunun indiki halda da belə olması müəyyən dərəcədə diplomatiyanın zəif olmasından irəli gəlir. Çünki hazırda ABŞ-nin Ukraynanı aktiv müdafiə etməməsi, Rusiya ilə apardığı səmərəsiz danışıqların nəticəsi istər-istəməz Rusiya tərəfinə müəyyən güc impulsu verir”.
Bunu Adalet.az-a açıqlamasında siyasi şərhçi Qulu Məhərrəmli deyib.
Onun sözlərinə görə, bu o demək deyil ki, Rusiya istəyinə çox tezliklə nail olacaq:
“Bu mümkünüzdür. Təkcə hərbi yox, həm də hərbi siyasi, diplomatik baxımdan. Bu o anlama gəlmir ki, Avropa Ukraynanın arxasından çəkilir. Əksinə, Avropa Birliyində dünəndən belə bir təkliflər səsləndirirlər ki, Rusiya-Ukrayna müharibəsinin sona çatdırılması üçün Avropa özünün təkliflərini hazırlamalıdır. Yəni ABŞ-nin təkliflərini müzakirə etməli deyil. Digər tərəfdən bu məsələdə ciddi rol oynayan üç ölkə Ukraynaya kifayət qədər aktiv dəstək verir. Bunlar Böyük Britaniya, Fransa və Almaniyadır. Həm silah-sursatla təmin olunması, həm də diplomatik cəbhədə Ukraynanın müdafiə olunması ilə bağlı ciddi səylər göstərilir. Mənə elə gəlir ki, ən yaxın günlərdə Rusiya-Ukrayna cəbhəsində vəziyyət tamamilə dəyişəcək”.
Vasif ƏLİHÜSEYN
Digər Xəbərlər
24 Oktyabr 2026 09:01
“Türkiyə ilə Azərbaycanın bağları müvəqqəti fikir ayrılıqlarından daha dərindir” - Bağçalı
24 Oktyabr 2026 08:40
Könül Nurullayeva vətəndaşlarla görüş keçirib - FOTOLAR
23 Oktyabr 2026 23:38
“Münasibətlərimiz qardaşlıq prinsipləri üzərində inkişaf edəcək” - Dövlət Bağçalı
23 Oktyabr 2026 20:11
Dövlət Bağçalı Azərbaycan səfirini qəbul edib - VİDEO
23 Oktyabr 2026 18:59
Ayxan Hacızadə: Qara dənizdə vurulan gəmidəki azərbaycanlıların hamısı xilas edilib
23 Oktyabr 2026 17:58
Parlamentin növbəti iclasında nələr müzakirə olunacaq? - YENİLƏNİB
23 Oktyabr 2026 17:01
“Hindistan Azərbaycanla ticarət əlaqələrini genişləndirmək istəyir”
23 Oktyabr 2026 16:27


Bakı -°C

