“Toy mərasimlərimiz bütün sifətləri ilə biabırçılıqdır...” - Sosioloq
Xəbər verdiyimiz kimi, Milli Məclisin bu gün keçirilən plenar iclasında millət vəkili Aqil Abbas çıxışı zamanı deyib ki, “Mən də istəmərəm toylarda səs-küy olsun. Ona görə toya gedəndə musiqi çalınanda çıxıb foyedə otururam”.
Adalet.az-ın əməkdaşı toy və yas mərasimlərimizdəki israfçılıqla bağlı sosioloq Elçin Bayramlının fikirlərini öyrənib.
Sosioloq saytımıza açıqlamasında millət vəkilinin haqlı olduğunu bildirib:
“Çox təəssüf ki, Azərbaycan toyu tamamilə öz konteksindən çıxarılıb, milli Azərbaycan toy sifətini itirib və yerinə əcaib bir mərasim gəlib. İsrafçılıqla, dəbdəbəylə, şouya çevrilmiş bir mərasim onun yerini tutub. Bu bütün tərəfləri ilə biabırçılıqdı. Süfrələrdə israfçılıq, çoxsaylı hoqqabazlıqlar, musiqinin yüksək səslə qoyulması və sair. Sonda insanlar toydan dəhşətli bir beyin yorğunçuluğu ilə çıxırlar. Ona görə də bir çox insanlar, o cümlədən mən də musiqi çalınan vaxtlarda toyda salonda oturmamağa çalışıram”.
Sosioloq bildirib ki, inzibati yollarla bunu tənzimləmək bir qədər çətindir:
“Çünki bu bir növ el mərasimidir. Amma yenə də dünyanın bir çox ölkələrində bununla bağlı müəyyən normativlər, standartlar qoydular və insanları buna əməl etməyə məcbur edirlər. Bizdə də başqa yol qalmayıb. Çünki maarifləndirmə də heç bir effekt vermir. İldən ilə getdikcə hər şey əndazədən çıxır. Təsəvvür edin ki, Azərbaycan toylarında mahnılarımıza belə az rast gəlinir. Xarici mahnılar, diskoteka mahnıları çalınır. Bütün bəzək-düzəklər hamısı qeyri-millidir. Çox təəssüf ki, getdikcə bu məsələlərdə biz öz milliliyimizi, qədim zəngin toy ənənələrimizi itiririk, yerini müasir, ruhsuz, duyğusuz standart şoular əvəz edir. Bununla bağlı bir formada mexanizm tapılmalıdır. Mütləq şəkildə inzibati yollarla məsələ həll olunmalıdır”.
Sosioloq deyib ki, eyni məsələ yas mərasimlərinə də aiddir:
“Burda da çox biabırçılıqlar var. Bununla bağlı inzibati formada qaydalar, standartlar qoyulmalı və mütləq şəkildə bu cür həyata keçirilməlidir. Başqa cür əmələ gəlmir, çünki maarifləndirmə işləri də heç bir nəticə vermir. Biz getdikcə milli dəyərlərimizi, adət-ənənələrimizi itiririk. Bunun qarşısının yeganə alınması yolu xüsusi bir qərar və ya qanun formasında inzibati tənzimləmə metodudur”.
Vasif ƏLİHÜSEYN
Digər Xəbərlər
16 Dekabr 2025 15:03
Növbəti köç karvanı Xocavəndin Sos kəndinə çatıb, açarlar təqdim edilib - YENİLƏNİB
16 Dekabr 2025 13:06
Ailə vəzifələrinə görə işçilər arasında ayrı-seçkiliyə yol vermək qadağan edilir
16 Dekabr 2025 12:56
Bu şəxslərə daha çox məzuniyyət veriləcək
16 Dekabr 2025 12:34
Dövlət qulluğuna xitam verilməsi ilə bağlı yeni qayda
16 Dekabr 2025 12:22
Müharibə əlilləri və şəhid ailələri bu rüsumdan azad edilir
16 Dekabr 2025 12:21
Azərbaycanda ekspeditorun hüquqi statusu müəyyənləşir
16 Dekabr 2025 12:03
Azərbaycan kosmonavtların xilas edilməsi ilə bağlı sazişə qoşulur
16 Dekabr 2025 11:20


Bakı -°C

