“Bu, Azərbaycanın və ümumilikdə Cənubi Qafqazın maraqlarıyla da üst-üstə düşür...”
“Mərkəzi Asiyanın resursları uğrunda mübarizəyə Yaponiya da qoşulub. Tokioda 19-20 dekabr tarixlərində ilk dəfə olaraq 5+1 formatında “Yaponiya - Mərkəzi Asiya-Dialoqu (C5+1) sammiti keçirilib. Yaponiyanın baş naziri Sanae Takaiçi Mərkəzi Asiya ölkələrinin liderləri - Qazaxıstan, Özbəkistan, Türkmənistan, Qırğızıstan və Tacikistan prezidentləri ilə görüşərək, əməkdaşlığın genişlənməsi mövzularında müzakirələr aparıb. Müzakirələrin yekunu olaraq Tokio Bəyannaməsi qəbul edilib. Yaponiya növbəti beş il ərzində Mərkəzi Asiya ölkələrindəki müxtəlif layihələrə 20 milyard dollar xərcləməyi planlaşdırıb”.
Adalet.az xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.
Politoloqun sözlərinə görə, SSRİ dağıldıqdan sonra Yaponiya Mərkəzi Asiya bölgəsinə maraq göstərib:
“Maraqlıdır ki, Yaponiya Çindən əvvəl 2004-cü ildə Mərkəzi Asiya ölkələri ilə əməkdaşlığın inkişafını ehtiva edən “Böyük İpək yolu Diplomatiyası” adlı proqram qəbul edib. Ancaq Tokio 20 ildə ehtiyatlı davranıb və Çindən fərqli olaraq Mərkəzi Asiya ölkələrində daha çox humanitar proqramların reallaşmasına üstünlük verib. Tokio “yumşaq güc” alətlərindən istifadə edərək Mərkəzi Asiyada mövqelərini gücləndirməyə çalışıb. Halbuki, Pekin Mərkəzi Asiyada daha fəal siyasətə üstünlük verərək, on milyardlarla dollar yatırımlar hesabına bölgə ölkələrini Çindən asılı vəziyyətə salmağa çalışıb. Bu arada, ABŞ-nin və Avropa İttifaqının da Mərkəzi Asiyaya marağı artaraq bölgə ölkələri ilə 5+1 formatında əməkdaşlığı genişləndirməyə çalışıblar. Bu format çərçivəsində Vaşinqtonda və Brüsseldə zirvə toplantıları keçirilib. Çinlə yanaşı ABŞ və Avropa İttifaqı ölkələri də Mərkəzi Asiyanın yeraltı zənginliklərindən yararlanmağa, nadir torpaq materiallarına maraq göstərməyə başlayıblar. Yeraltı resurslara ehtiyac duyan Yaponiyanın Mərkəzi Asiyaya marağının səbəblərindən biri də budur. Yaponiyanın yearltı resurslardan fərqli olaraq kifayət qədər maliyyə resursları mövcuddur”.
E.Şahinoğlu deyib ki, bu səbəbdən Mərkəzi Asiya ölkələrinin liderləri Yaponiya ilə əməkdaşlığa əhəmiyyət verirlər:
“Bunun siyasi əhəmiyyəti də var. Yaponiya ilə sıx əməkdaşlıq Mərkəzi Asiya ölkələrinə Rusiya, Çin, Avropa İttifaqı və ABŞ arasında balansı gücləndirməyə imkan verəcək. Tokiodakı sammit çərçivəsində Qazaxıstan və Yaponiya arasında ümumi dəyəri 3,7 milyard dolları ötən 60-dan çox ikitərəfli sənəd imzalanıb. Özbəkistan Prezidenti Şavkat Mirziyoyev isə "Mərkəzi Asiya-Yaponiya 2040" əməkdaşlıq strategiyasının hazırlanmasını təklif edib. Şavkat Mirziyoyev bu məqsədlə Daşkənddə forum keçrimək təşəbüsü ilə çıxış edib. Yaponiyanın Mərkəzi Asiyada fəallaşması ABŞ-nin da maraqlarına uyğundur. Yaponiya-Çin gərginliyindən Vaşinqton illərin müttəfiqi Tokionu dəstəkləyir. Təsadüfi deyil ki, bir neçə gün əvvəl ABŞ Konqresi Çinin Yaponiya qarşı siyasətini pisləyən qətnamə qəbul edib. Mərkəzi Asiya böyük ölkələr arasındakı gərginliklərə qarışmır və tərəf tutmur. Mərkəzi Asiya ölkələri üçün önəmli olan bölgəyə maraq göstərən ölkələrlə bərabərhüquqlu əməkdaşlığın təmin edilməsi və gəlirlərinin artımının təmin edilməsidir. Bu, Azərbaycanın və ümumilikdə Cənubi Qafqazın maraqlarıyla da üst-üstə düşür. Mərkəzi Asiya və Cənubi Qafqaz vahid bölgəyə çevrilməkdədir. Bu mənada Yaponiyanın Mərkəzi Asiyaya artan marağı Cənubi Qafqaz ölkələri, o cümlədən Azərbaycanla da əməkdaşlığı genişləndirməyi diqtə edir”.
Vasif ƏLİHÜSEYN
Digər Xəbərlər
23 Dekabr 2025 13:09
Spiker Milli Məclisin növbəti iclasının vaxtını açıqladı
23 Dekabr 2025 13:00
Cevdet Yılmaz Sahibə Qafarova ilə regional prosesləri müzakirə edib
23 Dekabr 2025 12:42
"Rusiya-Ukrayna müharibəsində həyatını itirən vətəndaşlarımız “şəhid” deyil” - Deputat
23 Dekabr 2025 12:31
Bu şəxslər daha bir ölkəyə vizasız gedəcək
23 Dekabr 2025 12:24
"Azərbaycanda Türkiyə məktəbləri üstünlük təşkil etməlidir" - Deputat
23 Dekabr 2025 12:10
Parlament Azərbaycanla Türkiyə arasında yeni sənədi ratifikasiya edib
23 Dekabr 2025 11:50
Kasım-Jomart Tokayev İlham Əliyevi təbrik edib
23 Dekabr 2025 11:38


Bakı -°C

