adalet.az header logo
  • Bakı -°C
30 Dekabr 2025 10:22
64
DÜNYA
A- A+

“Rusiya -Ukrayna müharibəsi yeni mərhələyə keçir...”

“Volodimir Zelenski ilə Donald Tramp arasında danışıqları Moskva pozdu. Demək olar ki, sülh danışıqlarında Rusiya maraqlı deyil. Dünən və bu gün Vladimir Putin Donald Trampla telefonla danışıb. Məhz bu telefon danışıqları Ukraynanın əleyhinə işlədi. Rusiya XİN rəhbəri Sergey Lavrov Ukrayna PUA-larının Putinin iqamətgahını hədəf sevdiyini açıqladı. Buna cavab veriləcəyini elan etdi”. 

Adalet.az xəbər verir ki, bunu politoloq Məhəmməd   Əsədullazadə deyib. Onun sözlərinə görə, bununla Rusiya danışıqlar prosesindən çıxdığını bəyan etdi: 

“Ümumiyyətlə, danışıqların intensiv şəkildə davam etdiyi bir məqamda Zelenski Trampı qəzəbləndirməmək üçün belə bir hücum əmri verə bilməzdi. Tramp  Zelenskiyə ərazi güzəştinə getmədiyinə görə təzyiqlər edir. ABŞ prezidenti Tramp və Putin Ukrayna prezidentinin mövqeyini zəiflətmək və güzəştə razı salmaq üçün birgə hərəkətə keçib. Rusiya Ukraynanın hökumət binalarını və prezident sarayının vuracaqsa, müharibənin miqyası dəyişəcək. Bu, Avropa ölkələri üçün ciddi təzyiqlər deməkdir”.

Vasif