“Əgər bu alınmasa və mühafizəkarlar vəziyyətə nəzarəti itirərlərsə...”
“ABŞ mətbuatı Mərkəzi Kəşfiyyat İdarəsinin hesabatına istinad edərək İranın ali rəhbəri Əli Xamaneinin Moskvaya qaçacağı ilə bağlı xəbər yayımlayıb. Mərkəzi Kəşfiyyat İdarəsi bu xəbəri məqsədli şəkildə yayıb. Məqsəd İranda etiraz dalğasının genişlənməsini təmin etmək və mühafizəkarlar arasında fikir ayrılığı yaratmaqdır. Çünki, bu xəbər İranda müzakirə mövzusuna çevriləcək”.
Adalet.az xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.
“Ancaq mühafizəkarlara rəhbərlik edərlər hələ qaçmağa deyil, iğtişaşları silah gücünə yatırmağa üstünlük verirlər. Əgər bu alınmasa və mühafizəkarlar vəziyyətə nəzarəti itirərlərsə, həqiqətən ali rəhbərin qaçırılması ssenarisi işə düşəcək. Bu halda ali rəhbərin alternativi çox deyil. Mərhum Xomeyni şaha qarşı mübarizəyə Paris yaxınlığından rəhbərlik edirdi. O zaman Avropada və Fransada hesab edirlər ki, Xomeyni şah rejiminin yerində normal hakimiyyət formalaşdıracaq. Ümidlər boşa çıxdı. Avropa bu dəfə aldanmayacaq, Qərb ölkələri 1979-cu ildən bu yana molla rejiminin nəyə qadir olduğunu anlayıb. Ona görə ali rəhbəri qəbul edəcək ölkələr Rusiya və Çinlə kifayətlənə bilər. Bəşər Əsəd Rusiyanı seçdi, ali rəhbər də dostunun seçiminə üstünlük verər. Ancaq İran hələ o mərhələyə çatmayıb”, - deyə o, bildirib.
Vasif ƏLİHÜSEYN
Digər Xəbərlər
28 Yanvar 2026 19:02
Xaqani Şirvaninin 900 illik yubileyi qeyd ediləcək - SƏRƏNCAM
28 Yanvar 2026 18:50
İlham Əliyev Gürcüstanla bu sazişi təsdiqlədi
28 Yanvar 2026 18:24
Bayramov Çin muzeyini ziyarət etdi, bu sözləri yazdı - FOTOLAR
28 Yanvar 2026 17:27
Səfirin həyat yoldaşına Bakıda vəzifə verildi
28 Yanvar 2026 17:22
Ceyhun Bayramov çinli həmkarı ilə müzakirələr apardı - YENİLƏNİB
28 Yanvar 2026 17:20
Sülh sazişinin yaxın aylarda imzalanacağına ümid edirik - Mirzoyan
28 Yanvar 2026 16:01
Sahibə Qafarova Omanda səfərdədir
28 Yanvar 2026 16:01


Bakı -°C

