Türkiyə ABŞ-nin İrana hərbi müdaxiləsinin əleyhinədir - Politoloq
“Türkiyənin siyasi dairələrini anlamaq olar. ABŞ-nin vaxtilə İraqa və Suriyaya hərbi müdaxilələri Türkiyəyə ciddi problemlər yaratdı. Ona görə də Ankarada hesab edirlər ki, ABŞ-nin İrana mümkün müdaxiləsi Türkiyəyə əlavə problemlər yaradacaq. Bu səbəbdən Ankara müdaxilə ssenarisinin qarşısını almaq üçün Vaşinqtonla təmasları yoğunlaşdırıb. Öz növbəsində Tehran Ankaranın imkanlarından istifadə etməyə qərar verib”.
Adalet.az xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.
Onun sözlərinə görə, ABŞ Prezidenti Donald Tramp İranda baş verən qətliamlar fonunda İran rəsmiləri ilə təmaslara ara verdiyini elan etdikdən sonra Tehran Ankaraya müraciət edib:
“İran və Türkiyə xarici işlər nazirləri Abbas Əraqçi və Hakan Fidan 24 saat ərzində iki dəfə telefonla danışıblar. Tehran Ankaranın Vaşinqtonu müdaxilə ssenarilərindən imtina etməsinə inandırmasını istəyir. Hakan Fidan Abbas Əraqçi ilə danışıqlardan sonra ABŞ-nin Ankaradakı səfiri və Suriya üzrə xüsusi nümayəndə Tom Barrakla görüşüb. Tom Barrak səfir olmaqla yanaşı, Donald Trampın yaxın dostudur və onun dövlət katibinin başı üzərindən Prezidentlə birbaşa təmas imkanı var. Barrak Ankaranın istəyini Trampa çatdıracaq. Ancaq ABŞ Prezidenti İrana müdaxilə qərarı verərsə, Türkiyənin maraqlarını nəzərə almayacaq. Türkiyə İranda təlatümlərin səngiməsini və bu dövlətin ərazi bütövlüyünü dəstəkləsə də, qardaş ölkədə İrandakı rejimin illər boyu PKK-nı dəstəklədiyini də unutmayıblar”.
Vasif ƏLİHÜSEYN
Digər Xəbərlər
14 Yanvar 2026 17:49
Azərbaycan XİN TRIPP icrası üzrə çərçivə sənədini şərh etdi
14 Yanvar 2026 17:37
Hikmət Hacıyev Ukrayna səfiri ilə strateji tərəfdaşlığı müzakirə etdi
14 Yanvar 2026 17:22
"Azərbaycan Mədəniyyəti – 2040" Konsepsiyası təsdiqləndi
14 Yanvar 2026 17:07
Su təhlükəsizliyi dövlət siyasətinin prioritetidir
14 Yanvar 2026 15:10
Hikmət Hacıyev Qazaxıstan səfiri ilə görüşdü - FOTO
14 Yanvar 2026 12:18
“İki dövlətin sayəsində yeni dünya nizamının yeni yolları açılacaq...”
14 Yanvar 2026 12:01
Su mənbələri hər bir ölkə üçün çox önəmlidir
14 Yanvar 2026 11:06


Bakı -°C

