“Tramp üçün dost, tərəfdaş və düşmən anlayışı nisbi xarakter daşıyır...”
“Rusiya xarici işlər naziri Sergey Lavrov ötən ilin yekunlarıyla bağlı keçirdiyi mətbuat konfransında Krımla Qrenlandiya arasında bərabərlik işarəsi qoyub. Lavrorun sözlərinə görə, Qrenlandiya təhlükəsizlik baxımından ABŞ üçün nə qədər əhəmiyyətlidirsə, Krım da eyni səbəbdən Rusiya üçün əhəmiyyətlidir”.
Adalet.az xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.
O, bildirib ki, bu sözlər onun təsdiqidir ki, ABŞ-nin Qrenlandiyanı ələ keçirməsi Rusiya, hətta Çinin maraqlarına uyğun olacaq:
“Birincisi, bu ABŞ-Avropa münasibətlərini gərginləşdirəcək, ikincisi, NATO dağılmasa belə zəifləyəcək, üçüncüsü, Rusiya Ukraynaya qarşı işğalçı müharibəni davam etdirəcək, Çin isə Tayvanın ona məxsus olduğunu gur səslə elan edəcək. Təsadüfi deyil ki, Lavrov mətbuat konfransında “kim güclüdürsə, o da haqlıdır” tezisini səsləndirib. Bu elə Donald Trampın yürütdüyü siyasətdir. Bu arada, Donald Trampın Prezident kimi fəaliyyətə başlamasının bir ili tamam oldu. Bu bir ildə ətraf toz-dumana bürünüb, hələ qarşıda Trampın 3 ildə edəcəkləri var. Tramp üçün dost, tərəfdaş və düşmən anlayışı nisbi xarakter daşıyır. Tramp bu bir ildə iki qonşusu – Kanada və Meksikanı da Amerikadan küsdürməyə nail olub. Tramp Qrenlandiyanı Amerikaya birləşdirərsə, buna müqavimət göstərəcək güc yoxdur”.
Vasif
Digər Xəbərlər
04 Aprel 2026 17:53
Pentaqonda generallar niyə qovulur? - Səxavət Məmməd yazır
04 Aprel 2026 15:11
Əli Əsədov məmurları toplayıb, müşavirə keçirdi
04 Aprel 2026 12:00
Prezident həmkarını təbrik etdi
04 Aprel 2026 11:35
“Çini ən çox narahat edən Hörmüz boğazının təhlükə altında olmasıdır”
04 Aprel 2026 11:15
“Düşmənə vurulan zərbə yalnız hərbi deyil, həm də psixoloji sarsıntı idi...”
04 Aprel 2026 10:59
“Məsud Pezeşkianın prezident İlham Əliyevə vasitəçilik təklifi mümkündür”
04 Aprel 2026 10:41
"Bir-birimizin yanında olmağa davam edəcəyik" - İlham Əliyev
03 Aprel 2026 17:19


Bakı -°C

