“Ermənistan dəmiryolları Rusiyadan alına bilər...” – Politoloq
“Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycanla sərhəddən Türkiyə sərhədinədək dəmir yolunun bərpası üçün Rusiyaya müraciət etdiyini vurğulayıb. Lakin Moskva bu təşəbbüsə müsbət cavab verməyib. İlk növbədə Rusiya Ermənistan Dəmir Yollarının yenidən qurulmasında maraqlı deyil və bu məqsədlə kifayət qədər maliyyə ayırmaq niyyətində deyil”.
Adalet.az xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib.
Politoloqun sözlərinə görə, Nikol Paşinyanın əsas hədəfi Ermənistan dəmir yollarını Rusiyanın inhisarından çıxarmaqdır:
“Necə ki, daha əvvəl ölkənin enerji sisteminə nəzarəti Samvel Karapetyandan alaraq milliləşdirmişdi, indi də eyni prosesi dəmir yolları ilə bağlı həyata keçirməyi planlaşdırır. Paşinyan elektrik şəbəkəsi və dəmir yollarını Rusiyanın nəzarətindən çıxarmaqla Moskvanın Ermənistandakı təsirini neytrallaşdırmağa çalışır.Bu siyasət nəticəsində Ermənistan öz iqtisadi imkanlarını müstəqil şəkildə səfərbər edərək Türkiyə və Azərbaycanla birbaşa əlaqələr qurmağı hədəfləyir. Çünki Ermənistan Dəmir Yolunun Zəngəzurdan keçən hissəsi dağıdılıb və bu xəttin təmirini rəsmi İrəvanın öz vəsaiti hesabına reallaşdırması planlaşdırılır. Növbəti mərhələdə Ermənistan Baş nazirinin Türkiyə və İranla sərhədlərdən Rusiya sərhəd qoşunlarının çıxarılması məsələsini gündəmə gətirəcəyi mümkündür. Ümumilikdə isə, Paşinyan seçkilərdə qalib gələrsə, Rusiya ilə siyasi, iqtisadi və hərbi əməkdaşlığa yenidən baxacaq”.
Vasif ƏLİHÜSEYN
Digər Xəbərlər
23 Yanvar 2026 12:26
“Putin ona görə münaqişəni həll edə bilmədi ki...” – Politoloq
23 Yanvar 2026 12:13
“Bu görüşü Azərbaycan və ABŞ münasibətlərində yeni səhifə açacaq”
23 Yanvar 2026 10:58
“Regionda başlayan sülh və əməkdaşlıq dövrünün memarı Prezident İlham Əliyevdir”
23 Yanvar 2026 10:37
"Aparıcıların dilə laqeyd münaisbəti insanı hiddətləndirir" - Deputat
22 Yanvar 2026 23:55
“Sülh Şurasının Nizamnaməsi”nə hansı ölkələr imza atdı? - SİYAHI
22 Yanvar 2026 21:20
"Sülh Şurasının Nizamnaməsi”nin imzalanma mərasimi - VİDEO
22 Yanvar 2026 19:16
Prezidentlə ailəsinin Trampla görüşündən maraqlı FOTOLAR
22 Yanvar 2026 18:39


Bakı -°C

