Yeni park nə vaxt tikiləcək?
Suraxanı rayonunun Yeni Günəşli qəsəbəsində hamı yaxşı bilir ki, insanların istirahəti və dincəlməsi üçün normal bir park yoxdur. Babat bir yer " Fatimeyi - Zəhra" məscidinin yanandakı parkdır o da bir qədər böyük deyil. Yəni 200 minə yaxın əhalisi olan bir qəsəbə üçün bu park çox kiçikdir.
Çünki yay vaxtı orada o qədər adam olur ki, parka yerimək belə çətin olur. Son vaxtlar burada yarımçıq qalmış və bərbad vəziyyətdə olan tikililər söküləndən sonra insanların yeni parka olan ümidləri artıb.
Deyilənə görə, " Ana- bala heykəlinin yanında yeni park tikiləcək.Sözün düzü , bu günəşli camaatını çox sevindirib. Söküntüdən sonra həmin ərazini təmizləyib hasara alıblar. Və indi orada heç bir tikinti işləri aparılmır. Bu məsələ ilə bağlı aidiyyəti dövlət qurumuna müraciət etdik.
Oradan bizə bildirdilər ki, hələ bu barədə dəqiq bir söz deyə bilmərik. Amma çox güman ki, həmin yerdə yüksək mərtəbəli binalar deyil, böyük bir park inşa ediləcək. Göründüyü kimi, mövcud yerdə park tikilməsi ehtimalı daha böyükdür. Heç şübhəsiz ki, bu işlərin həyata keçirilməsi, yazımızın əvvəlində dediyimiz kimi, insanların böyük sevincinə səbəb ola bilər. İnsanları sevindirməkdən də gözəl heç nə ola bilməz!!!
Emil FAİQOĞLU
Digər Xəbərlər
25 Iyun 2026 14:21
Şükürbəyli sakinlərinə açarlar verildi
25 Iyun 2026 10:23
1998-ci il qanunu ləğv olunur: Balıqçılıq sahəsində yeni qaydalar
25 Iyun 2026 09:36
Bu gün Aşuradır
24 Iyun 2026 17:02
Bakı -Tiblisi qatarı...
24 Iyun 2026 11:35
“Zeytun Bağları”nın ətraf mühitin qorunmasına töhfəsi - FOTOLAR
24 Iyun 2026 11:28
Leyla Əliyevanın təşəbbüsü ilə Xəzər sahili neft tullantılarından təmizlənir - FOTOLAR
23 Iyun 2026 13:28
Bakını bürüyən uçan qarışqalar xəstəlik yayır? - AÇIQLAMA
23 Iyun 2026 13:25


Bakı -°C

