adalet.az header logo
  • Bakı -°C
28 Yanvar 2026 12:04
175
SİYASƏT
A- A+

“ABŞ Əfqanıstanı, İraqı işğal edəndə ona streteji dəstək verən...”

“İranın ərəb ölkələrinə yaratdığı təhdidə əsasən ABŞ bu ölkələrə külli miqdarda silah satır, pul qazanır. Eyni zamanda İsrail İran təhdidi əsasında bölgədə istədiyini həyata keçirir və nüvə silahı da daxil olmaqla böyük miqyasda silahlanır. İran rejimi qədər indiyədək ABŞ və İsrailin maraqlarına xidmət edən ikinci müsəlman dövləti olmayıb. ABŞ Əfqanıstanı, İraqı işğal edəndə ona streteji dəstək verən, şərait yaradan məhz molla rejimi olub. Bu, hər zaman dövlət rəhbərləri tərəfindən etiraf və elan olunub”. 

Adalet.az cəbər verir ki, bunu siyasi şərhçi Tural İrfan deyib. 

Onun sözlərinə görə, ümumiyyətlə harda qanlı diktator, müsəlman, məzlum qanı tökən varsa molla rejimi onunla ya müttəfiq, ya dost ya da gizli əlaqədədir:

“Venesuelanın devrilmiş hakimiyyəti, Şimali Koreya, müsəlman - türklərə, uyğurlara qarşı soyqırımı törədən Çin, müsəlman Pakistana qarşı düşmən mövqedə durub Kəşmir müsəlmanlarını qıran və keçmişdə də, indi də mütəmadi olaraq Ermənistanı silahlandıran Hindistan, Ukraynanı, Gürcüstanı işğal etmiş Rusiya adını İslam qoyub anti-islam fəaliyyəti göstərən rejimin əsas müttəfiqləridir. Ən əsası isə İranın İslam dünyasında apardığı məzhəbçilik siyasəti sayəsində müsəlmanların birliyinə ciddi zərbə vurması hər zaman Qərbin işinə yarayıb. İndi özlərinə belə yararlı bir rejimi devirməklə məqsəd regionda ondan daha yararlısını qurmaqdır. Amma yeni rejimin bu dəfə İraqda qurulması ehtimalı daha çoxdur”. 

O, bildirib ki, Suriyada normal dövlət qurulduqca yaxında ona yeni düşmən də mütləq yaradılacaq:

“Necə ki, vaxtilə Səddam Hüseynin İraqı gücləndirməsi Xomeyninin İrana gətirilib ona qarşı müharibəyə cəlb edilməsi ilə nəticələnmişdi. İran - İraq müharibəsində İsrail İraqın nüvə obyektlərini bombalamışdı. Nuri əl Malikinin qabağa verilməsinə qarşı ABŞ prezidenti Donald Tramp etiraz edərək hətta İraqa yardımı dayandıra biləcəyini bəyan edib. İndidən Maliki ilə şərtləşmək tələbi artıq məlumdur. İraqda Həşd Şabi də daxil olmaqla İran təsirində olan qüvvələrin artıq Suriya sərhəddində startda olduğu haqda da məlumatlar var. ABŞ guya Malikinin gəlməsinə narazı kimi görünür, amma əslində şərtlərlə razılaşdığı, öhdəlik götürdüyü təqdirdə ona imkanlar yaradıla bilər. Maliki hakimiyyətinin Suriyaya qarşı olacağı və daima təhlükə saçacağı İsrail üçün də vacibdir. İran Malikiyə dəstək verməklə hələ də İsrailə lazım olduğunu sübut etmək istəyir ki, bəlkə son anda belə hərbi müdaxiləyə məruz qalmasın”.

Vasif ƏLİHÜSEYN