“Heç bir dövlət bu məsələ ilə bağlı Azərbaycana irad tuta bilməz”
“Erməni separatçı və hərbi cinayətkarların ömürlük cəzaya məhkum edilməsi ədalətli və beynəlxalq hüquqa uyğundur. 30 il Azərbaycana qarşı işğal və separatçı fəaliyyət göstəriblər. Bundan əlavə, insanlıq əleyhinə kifayət qədər cinayətləri sübut olunub. Bu, Azərbaycanın daxili işidir. Heç bir dövlət bu məsələ ilə bağlı Azərbaycana irad tuta bilməz”.
Adalet.az xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib.
O, bildirib ki, ötən gün Fransa Milli Assambleyasında hərbi cinayətkarlarla bağlı bədnam qətnamə qəbul edilib:
“Fransa Azərbaycan və Ermənistan arasında sülh prosesinə mane olur. Regionda yaranmış etimad quruculuğunu sabotaj edirlər. Ermənistan rəsmiləri qeyd edir ki, hazırda ölkəmiz müstəqildir və heç bir ölkənin satalleti deyil. Hətta Qarabağı Ermənistan üçün tələ və müstəqil olmaması üçün yaradıldığını Nikol Paşinyan qeyd edib. Belə olan təqdirdə Fransa senatının qəbul etdiyi qətnamə Ermənistanın əleyhinədir. Bu ölkə 30 ilə yaxın ATƏT Minsk qrupunun həmsədri olub və Fransadan ədalət gözləmişik”.
Vasif ƏLİHÜSEYN
Digər Xəbərlər
03 Aprel 2026 17:16
Mina axtararkən həlak olan ANAMA əməkdaşı təltif edildi
03 Aprel 2026 17:04
DTX-də təhlükəsizlik orqanları əməkdaşlarının peşə bayramı qeyd olundu - VİDEO
03 Aprel 2026 16:41
Bu şəxslər cinayət məsuliyyətindən azad oluna bilər
03 Aprel 2026 16:31
" Azəriqaz" abonentləri soymaqda davam edir...
03 Aprel 2026 15:00
Bu şəxslərin övladlarının təhsil haqqını dövlət ödəyəcək
03 Aprel 2026 13:40
“Azərsun Holdinq” gənclərə dəstəyini davam etdirir - FOTOLAR
03 Aprel 2026 12:05
“Bu modelin beynəlxalq səviyyədə yayılmasının əsas səbəbi...”
03 Aprel 2026 11:46


Bakı -°C

