adalet.az header logo
  • Bakı -°C
19 Fevral 2026 11:41
72
MƏMLƏKƏT
A- A+

Hər kəs öz yaşadığı yeri təmiz saxlamalıdır...

İnsan tək öz evini, öz mənzilini deyil, həm də yaşadığı kücəni, həyəti təmiz sağlamalıdır.Və təmizlik olan yerdə həmişə sağlamlıq olar.Heç şübhəsiz ki, buna çoxları əməl eləsə də, bəziləri səhlənkar yanaşır, sanitar - gigiyenik qaydaları pozur, adicə məişət tullantılarını zibil qutalarına deyil, yerə atırlar.

Bu isə birmənalı olaraq müxtəlif infeksion xəstəliklərin yayılmasına münbit şərait yaradır.Biz nəinki küçəmizi, yaşadığımız mənzili, hətta doğma Bakımızı təmiz sağlamağa borcluyuq! Amma təmiz saxlayırıqmı? Əlbəttə, yox! Bu günlər Bakı Şəhəri İcra Hakimiyyətində keçirilən yığıncaqda şəhərin  təmiz saxlanılması bir daha gündəmə gətirilib.

Yığıncaqda aydın olub ki, Bakının bir neçə rayonunda  bu məsələlər heç də yetərincə həll olunmayıb, təmizliyə bir o qədər də önəm verilməyib. Ona görə də, bu qaydalara yetərincə əməl edilmədiyinə görə paytaxtın bir neçə rayon icra hakimiyyətinin başçısına xəbərdarlıq edilib, bəzisinə isə töhmət verilib. Onlara mövcud nöqsanları aradan qaldırılması üçün müəyyən müddət nəzərdə tutulub.Əlbəttə, mövcud nöqsanları aradan qaldırmaq tək icra hakimiyyəti başçısının vəzifəsi deyil.

Bu ilk növbədə Mənzil Kommunal Təsərrüfatı Birliyinin,onun sahələrinin, yeni " JEK"lərin əsas vəzifə  borcudur.Eyni zamanda , hər bir vətəndaş, hər sakin də təmizlik qaydalarına əməl etməlidir!!!

Emil FAİQOĞLU