“Travma, iqtisadi çöküş, mədəni qopma nəsil kapitalını zəiflədə bilər”
“Bəzən elə ailələr var ki, tarixləri 150–200 ili keçir. Məni onların şəcərəsi yox, davranışı maraqlandırır. Müşahidə edirəm ki, belə nəsillərdə qəribə bir “nəsillərarası hesabatlılıq” hissi var. Sanki insan tək özünü yox, arxasında dayanan bütün bir soy yaddaşını təmsil etdiyini bilir. Bu isə davranışda görünür, kübarlıq, səbr, ölçülülük, başqasına hörmət, özünə dəyər, emosional sabitlik. Hətta üz cizgilərində sanki bu bir möhür kimi yazılır”.
Adalet.az xəbər verir ki, bunu “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova deyib.
Onun sözlərinə görə, bu, təsadüfi deyil:
“Sosioloq Pierre Bourdieu bunu “habitus” adlandırırdı – ailə daxilində formalaşan və şüuraltı şəkildə ötürülən davranış kodları. Yəni insan etiketi öyrənmir, onu yaşayır. Oturuşu, danışığı, məsafə qorumağı, reaksiya vermə tempi, hamısı nəsillər boyu cilalanmış mədəni kapitalın nəticəsidir. Belə ailələrdə “ad qoruma” anlayışı var. Bu qorxu yox, daxili etik məsuliyyətdir. İnsan özünü sübut etməyə çalışmır, çünki daxili təhlükəsizlik hissi sabitdir. Bu da ətrafdakılara “aura” kimi ötürülür. Sovet dövründə bir çox köklü ailələr statuslarını gizlədirdi, amma davranış kodlarını yox. Peşə dəyişə bilərdi, amma hörmət dili, münasibət mədəniyyəti, ailədaxili nizam qorunurdu. Ona görə bəzən eyni sosial səviyyədə olan, lakin tərəflərin biri fərqli sosial daşıyıcı olan iki ailə arasında görünməz bir fərq hiss edilirdi. Əlbəttə, sapmalar olur. Travma, iqtisadi çöküş, mədəni qopma nəsil kapitalını zəiflədə bilər. Amma qorunan ailələrdə bir şey dəyişmir, daxili şərəf kodeksi. Bəlkə də məsələ genetik deyil. Məsələ, nəsillərarası ötürülən mədəni yaddaşdır. Bu yaddaş insanın davranışında səssiz, amma güclü şəkildə danışır”.
Vasif ƏLİHÜSEYN
Digər Xəbərlər
04 Aprel 2026 10:58
Azərbaycan İrana 200 tonluq humanitar yardım göndərir
04 Aprel 2026 10:54
Yol polisindən sürücü və piyadalara müraciət
04 Aprel 2026 10:52
Bakıda yenə subasma ola bilər - Nazirlikdən xəbərdarlıq
03 Aprel 2026 17:16
Mina axtararkən həlak olan ANAMA əməkdaşı təltif edildi
03 Aprel 2026 17:04
DTX-də təhlükəsizlik orqanları əməkdaşlarının peşə bayramı qeyd olundu - VİDEO
03 Aprel 2026 16:41
Bu şəxslər cinayət məsuliyyətindən azad oluna bilər
03 Aprel 2026 16:31
" Azəriqaz" abonentləri soymaqda davam edir...
03 Aprel 2026 15:00


Bakı -°C

