“Əgər dəstək həddindən artıq məsuliyyətə çevrilirsə...”
“Böyük ailə modeli cəmiyyətlərdə sosial sabitliyin əsas dayaqlarından biri hesab olunur. Ekoloji sistem nəzəriyyəsinə görə ailə mikro-sistem kimi fərdin psixoloji inkişafında qoruyucu mühit yarada bilər. Çoxnəsilli struktur emosional yükü bölüşdürür, rol modellərinin sayını artırır və sosial nəzarət mexanizmini gücləndirir”.
Adalet.az xəbər verir ki, bunu “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova deyib.
O, bildirib ki, bu, xüsusilə uşaqlarda davranış tənzimlənməsi və sosial məsuliyyət hissinin formalaşmasına müsbət təsir göstərir:
“Azərbaycan ailə mədəniyyətlərində böyük ailə modeli sosial kapitalın əsas mənbələrindən biridir. Bacı-qardaş münasibətləri burada təkcə emosional bağ deyil, həm də sosial resursdur. Uşaqlar bir-birinə dəstək olur, məsuliyyəti bölüşür, çətinlikləri kollektiv şəkildə aşmağa çalışırlar. Bu mühit əməkdaşlıq, paylaşma və qarşılıqlı məsuliyyət hissini formalaşdırır. Böyük bacı və ya qardaşın erkən yaşda liderlik və qayğı rolu alması gələcək sosial nüfuzun inkişafına təsir edə bilər. Bu baxımdan ailədaxili dəstək mexanizmi fərdi yüksəliş üçün platforma rolunu oynaya bilər. Lakin eyni mexanizm bəzən görünməz risklər də yaradır. Əgər dəstək həddindən artıq məsuliyyətə çevrilirsə, böyük uşağın valideyn funksiyasını üzərinə götürməsi, emosional yüklənmə və öz ehtiyaclarının kölgədə qalması ilə nəticələnə bilər. Eyni zamanda, kollektiv imicin qorunması fərdi psixoloji çətinliklərin açıq ifadəsini azalda bilər. Belə hallarda sistem sabit görünür, amma fərdi səviyyədə basdırılmış emosiyalar mövcud olur”.
Ekspertin sözlərinə görə bu səbəbdən ailə sabitliyini iki formada dəyərləndirmək mümkündür:
“İnkişafedici sabitlik və donmuş sabitlik. İnkişafedici sabitlik dəstək, sağlam rol bölgüsü və emosional açıq ünsiyyətlə xarakterizə olunur. Donmuş sabitlik isə konfliktlərin və fərdi ehtiyacların sistem naminə susdurulması ilə formalaşır. Xaricdən baxanda hər iki halda nizam mövcud görünə bilər, lakin psixoloji nəticələr fərqlidir. Azərbaycan reallığında çoxuşaqlı ailələrdə bacı-qardaş dəstəyi sayəsində sosial və peşəkar yüksəlişə nail olmuş çox sayda nümunə var. Bu, böyük ailə modelinin güclü sosial gərginliyi azlatma mexanizmi olduğunu göstərir. Məncə, bu məqamda ailə başçılarının uşaqlar qarşısında nümunə modeli də mühüm rol oynayır. Əgər uşaqlar arasında ayrı seçiklik yaradılmırsa və fərqlər göz önündə olmursa, çağırışlar hamı üçün eyni səs tonunda tətbiq edilirsə və sair”.
Vasif ƏLİHÜSEYN
Digər Xəbərlər
25 Fevral 2026 13:47
Horovluya növbəti KÖÇ - YENİLƏNİB
25 Fevral 2026 13:09
İş saatlarının ən yüksək olduğu sahələr
25 Fevral 2026 11:14
Leyla Əliyeva "Azərxalça"nın Şuşa məscidi üçün hazırladığı xalçaların kəsim mərasimində - FOTOLAR
25 Fevral 2026 10:38
Bakıya yağış, rayonlara qar yağıb - FAKTİKİ HAVA
25 Fevral 2026 10:33
Hörmətsiz davranış sərgiləyən ər-arvad məsuliyyət daşıyacaq
25 Fevral 2026 10:27
Leyla və Alena Əliyevalar Cümə məscidində - FOTOLAR
25 Fevral 2026 10:19
Leyla və Alena Əliyevalar Qubadakı internat məktəbi və STEAM mərkəzində - FOTOLAR
25 Fevral 2026 10:12


Bakı -°C

