adalet.az header logo
  • Bakı -°C
10 Mart 2026 11:21
92
SİYASƏT
A- A+

“İrandan atılan dronlar hər iki dövləti narahat edir...” – Politoloq 

“Qəribə vəziyyət yaranıb. Azərbaycan və Türkiyə Prezidentləri İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan İran Prezidenti Məsud Pezeşkianla telefonla danışırlar, ölənlərə başsağlığı verirlər, seçilən yeni dini lideri təbrik edirlər, bundan bir-iki saat sonra isə İran ərazisindən qonşu ölkələrə yenə dron atılır. İran Prezidenti qonşu ölkələrdən üzr istəməklə nə qədər SEPAH generallarının təxribatlarını malalamağa çalışsa da, növbəti dron Məsud Pezeşkianın səylərinin üstündən xətt çəkir”. 

Adalet.az xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib. 

“Belə nə qədər davam edəcək? Azərbaycan və Türkiyə müharibənin əleyhinədirlər, danışıqlara üstünlük verir və İranın ərazi bütövlüyünü dəstəkləyirlər. İrandakı mühafizəkar rejim isə SEPAH generalları ilə əl-ələ verərək, alovu qonşu ölkələrə yaymağa çalışırlar. Türkiyədə ictimai rəy anti-İsrail və anti-Amerika mövqeyindədir, bunun müxtəlif səbəbləri var. Azərbaycanda ictimai rəy bir qədər fərqlidir. Buna baxmayaraq, Azərbaycan və Türkiyə strateji müttəfiqdirlər və İrandan atılan dronlar hər iki dövləti narahar edir. Belə vəziyyətdə “Şuşa bəyannaməsi”ndən də çıxış edərək iki dövlət arasında siyasi və hərbi koordinasiyanı gücləndirməyə ehtiyac var”, - deyə o, bildirib. 

Vasif ƏLİHÜSEYN