adalet.az header logo
  • Bakı -°C
16 Mart 2026 08:33
57
ƏDƏBİYYAT
A- A+

Niyə yadlaşmısan,qohumun qızı?

Qohumluq bağların sındırıb atan,
Qohumu özgəyə, yadlara satan,
Nə vaxtsa olassan dəryada batan.
Bir zaman var idi, çox əzizidik,
Niyə yadlaşmısan, qohumun qızı?

******

Mən kölgə salırdım bir zaman sənə,
İndisə düşmüşəm dumana, çənə.
Yuxardan aşağı baxırsan mənə.
Bir zaman var idi, çox əzizidik,
Niyə yadlaşmısan, qohumun qızı?

******

Duymursan hissimi, həyəcanımı?
Qurban eyləyərdim sənə, canımı.
Bir heçə sayırsan sən ad-sanımı.
Bir zaman var idi, çox əzizidik,
Niyə yadlaşmısan, qohumun qızı?

******

Hər zaman mən səni görmək istərəm,
Qumral saçlarını hörmək istərəm,
İnan ki, yerinə ölmək istərəm.
Bir zaman var idi, çox əzizidik,
Niyə yadlaşmısan, qohumun qızı?

******

De, nədi bu qədər dəyişən səni?
De, niyə kimsəsiz qoymusan məni?
Bu qədər dəyərsiz olmuşam, yəni?
Bir zaman var idi, çox əzizidik,
Niyə yadlaşmısan, qohumun qızı?

******

Bir zaman gələcək, varda gedəcək,
Soyuqluq yaradan qarda gedəcək.
Bilirəm, nə vaxtsa bunlar bitəcək.
Bir zaman var idi, çox əzizidik,
Niyə yadlaşmısan, qohumun qızı?

******

Bir-birin dərdinə ağlayan olduq,
Bir-birin sirrini saxlayan olduq.
Yaramız qanasa, bağlayan olduq.
Bir zaman var idi, çox əzizidik,
Niyə yadlaşmısan, qohumun qızı?

******

Mənimçün əzizsən, deyim biləsən,
Mənə lağ eyləyib sonra güləsən.
Özgəyə dost deyib, sirri böləsən.
Bir zaman var idi, çox əzizidik,
Niyə yadlaşmısan, qohumun qızı?

******

Elə ki, ahıllar köçdü dünyadan,
Qohumluq bağların çıxartdız yaddan.
Guya ki, biz oduq, qurtardız oddan.
Bir zaman var idi, çox əzizidik,
Niyə yadlaşmısan, qohumun qızı?

******

Bu şeiri bir xanımın xahişi ilə yazmışam.

Şeirin müəllifi:Dünya Qarabağlı-Azərbaycan Texniki Universitetinin Beynəlxalq Biznesin İdarə edilməsi ixtisasının magistratura tələbəsi.