“6 ildə 75 mindən çox vətəndaşımız Qarabağda...”
“Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Xocavənd rayonunun Xanoba kəndində fərdi evlərin və infrastrukturun bərpası sahəsində görülən işlərlə tanış olublar. Artıq altıncı ildir ki, Azərbaycan Prezidenti Novruz bayramını Qarabağda qeyd edir. Ermənistanın işğalı nəticəsində tamamilə dağıdılmış Qarabağ 6 il öncə- şanlı Zəfərdən sonra quruculuq və bərpa mərhələsinə qədəm qoydu”.
Adalet.az xəbər verir ki, bunu millət vəkili Vüqar Bayramov deyib.
O, bildirib ki, keçən 6 il müddətdə işğaldan azad olunan ərazilərimiz Azərbaycan Prezidentin rəhbərliyi ilə yeni inkişaf mərhələsinə qədəm qoyub:
“Ötən 6 ildə 75 mindən çox vətəndaşımız Qarabağda yaşayaraq işləməyə və təhsil almağa başladılar. Həmin müddətdə sadəcə dövlət büdcəsindən işğaldan azad olunan ərazilərimizin bərpasına 22 milyard manatdan çox vəsait ayrılıb və bu il bu istiqamətə ən azı 3.5 milyard manat yönəldiləcək. Son 6 ildə Qarabağ və Şərqi Zəngəzurda 30 minə yaxın keçmiş məcburi köçkün daimi olaraq məskunlaşıb. Bu 7200-dən çox ailənin ev ilə təmin edilməsi deməkdir”.
V.Bayramovun sözlərinə görə, 2026-cı ilin yanvarın 1-dən sonrakı, 2 aya yaxın müddətdə, isə 3 mindən çox keçmiş məcburi köçkün işğaldan azad olunan ərazilərimizdə məskunlaşıb:
“Bu yalnız bu ilin ilk 2 ayında keçmiş məcbru koçkünlərimizin dövlət tərəfindən 700-dən çox evlə təmin edilməsi deməkdir.Yaxın illərdə 15 milyard manata yaxın yeni dəyər formalaşdırmaq potensialı olan Qarabağ Azərbaycan iqtisadiyyatının yeni inkişaf drayverinə çevrilməkdədir”.
Vasif ƏLİHÜSEYN
Digər Xəbərlər
14 Sentyabr 2026 18:00
Sahibsiz heyvanların idarə olunması üçün xüsusi müəssisələr yaradılacaq
14 Sentyabr 2026 17:51
Sabahdan iş rejimi DƏYİŞİR
14 Sentyabr 2026 15:25
Aldığımız ətin mənşəyini necə öyrənə bilərik? - VİDEO
12 Sentyabr 2026 16:23
Diplomatlar Kəlbəcərdə “İstisu” mineral su zavodunun fəaliyyəti ilə tanış oldular - FOTOLAR
12 Sentyabr 2026 12:35
Bakıda təmizlik və abadlıq işləri həyata keçirildi - FOTOLAR
12 Sentyabr 2026 11:31
"Ulduz" stansiyasının önündən keçən yola asfalt çəkilir
12 Sentyabr 2026 10:07
Dənizə getmək istəyənlərin NƏZƏRİNƏ!
11 Sentyabr 2026 22:02


Bakı -°C

