Göydə Allah, yerdə həkimlər. ..
Mən uzun müddətdir ki, onkoloji əziyyət çəkirəm və müalicə olunuram. Artıq bir ildir ki, Milli Onkologiya Mərkəzində davamlı olaraq müalicələr qəbul edirəm.İnsaf naminə deyim ki, mərkəzin həkimləri həmişə mənə və digər pasiyentlərə bacardıqları köməyi göstəriblər. Amma son vaxtlar ağrılarım daha da şiddətləndi və bu ağrılara dözə bilmədim. Ona görə də müalicə həkimimlə əlaqə yaratdıq o bildirdi ki, təcili mərkəzimizə gəlməlisən.
Məni kəskin ağrılarala Milli Onkologiya Mərkəzinin Onko - Koloproktologiya şöbəsində yerləşdirdilər. Burada hər tərəfli müayinə olundum.Həkim- cərrah , gözəl insan Gülnarə Talıbova dedi ki, sabah əməliyyat olunacaqsan. Amma əməliyyat çox risklidir.. Buna baxmayaraq, həkimlə razılaşdım.Ona görə ki, Gülnarə xanıma inandım.
Daha doğrusu , o, mənə çox böyük inam verdi və öz doğması kimi münasibət bəslədi! Xöşbəxtlikdən əməliyyat uğurlu alındı.Bir gündən sonra məni reanimasiyadan palataya köçürdülər. İndi demək olar ki, ağrılarım azalıb və özümü yaxşı hiss edirəm. Bizim kimi xəstələr ölümlə əlbəyaxa olur.
Ancaq Allahın və cərrah Gülnarə xanımın köməkliyi ilə həyata qayıtdım. Yəni məni göydə Allah, yerdə həkimlər xilas etdilər.Buna görə Milli Onkologiya Mərkəzinin rəhbərliyinə, şöbə müdiri Yusif Əliyarov, cərrah Gülnarə Talıbovaya, xəstəxananın bütün həkim personalına, tibb bacılarına və xidmətçilərinə təşəkkür edirəm. Çünki onlar məni yenidən həyata qaytardılar və yaşamaq ümidimi daha da gücləndirdilər.Və hər gün mənə baş çəkən, ürək- dirək verən Gülnarə həkim sanki mənə ikinci bir nəfəs verdi!
Allah belə həkimlərimizi qorusun!!!
Muxtar HƏSƏNOV, Xırdalan şəhəri, birinci qrup əlil
Digər Xəbərlər
04 Oktyabr 2026 18:08
Üzüstü, arxasıüstə, yoxsa böyrü üstə? - Ən sağlam yuxu pozisiyası bəlli oldu
03 Oktyabr 2026 17:44
Qəhvə sevənlər bunu mütləq oxusun
03 Oktyabr 2026 11:35
Qonşu ölkədə epidemiya şübhəsi: 197 nəfər nəzarətə götürüldü
03 Oktyabr 2026 10:23
Gündə 10 min addım qaydası süqut etdi
02 Oktyabr 2026 15:44
Yaş saçla yatmayın: Bu riski artıra bilər
02 Oktyabr 2026 15:36
“Azərbaycanda ictimai səhiyyə: müasir çağırışlar və gələcək hədəflər” mövzusunda elmi-praktik konfrans keçirilib
01 Oktyabr 2026 09:20
2-10 yaş aralığında olan azyaşlılar yoluxur - Uşaqlar üçün həyəcan təbili - VİDEO
30 Sentyabr 2026 17:43


Bakı -°C

