adalet.az header logo
  • Bakı -°C
28 Mart 2026 11:17
85
DÜNYA
A- A+

“Onların heç bir qırmızı xətti yoxdur...”

“İrana qarşı hərbi əməliyyatlarda Birləşmiş Ərəb Əmirlikləri, Qətər və Küveytdə iştirak edir. Öz hərbi imkanlarından və ərazilərindən İranın vurulması üçün kifayət qədər şərait yaradıb. Əgər, bir ölkənin ərazisindən sənə kütləvi raket zərbələri, qırıcı təyyarələr hücum edirsə, demek o, ölkə müharibədə iştirak edir”. 

Adalet.az xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib. 

“Ona görə də İran körfəz ölkələrinə qarşı kütləvi raket hücumları həyata keçirir.  Ərəb ölkələri yaxasını kənara çəkib, "İran bizə niye hücum edir"-deməsi riyakarlıqdır. İranda hakimiyyəti ələ keçirən SEPAH terrorçu rejimdir. Onların heç bir qırmızı xətti yoxdur. ABŞ-nin bu müharibədə rejimi dəyişməsi çətin görünür. Bunun üçün uzun müddətli müharibə labüd olacaq”, - deyə o, bildirib. 

Vasif ƏLİHÜSEYN