adalet.az header logo
  • Bakı -°C
23 Aprel 2026 11:10
78
GÜNDƏM
A- A+

“O, əlilliyin təyin edilməsində korrupsiyanı aradan qaldıran şəxsdir”

“TƏBİB-in yeni icraçı direktoru Anar Bayramov vəzifəyə təyin ediləndən sonra bir sıra islahatlara başlayıb. Mən Anar müəllim Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İdarə Heyətinin sədri olan dövrdən tanıyıram. Bir çox müsbət xüsusiyyətlərinin, xüsusilə də hərbçilərə və müharibə iştirakçılarına həssas münasibətinin şahidiyəm. Dəfələrlə həssas təbəqə ilə bağlı müraciətinə şəxsən cavab verib. İstənilən narazılığın qanuna uyğun həlli üçün əlindən gələni edib. Ədalətli, səbrli və savadlı insandır. Amma əsas olan məsələ bunlar deyil”.

Adalet.az xəbər verir ki, bunu hərbi ekspert Ədalət Verdiyev deyib. 

O, bildirib ki, Anar müəllim Azərbaycan Respublikası ərazisində əlilliyin təyin edilməsi məsələsində mövcud olan korrupsiya və digər xoşagəlməz halları aradan qaldıran şəxsdir:

“Anar müəllimə qədər istənilən sağlam şəxs əlillik ala bilirdi. Dünyada faiz nisbətinə görə Azərbaycandan çox əlili olan ölkə yox idi. Bu qorxunc faktları ölkədə kimsə inkar edə bilməz. Anar müəllim Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İdarə Heyətinin sədri olan dövrdə vətəndaşlara əlillik təyin edilməsi məqsədilə bəzi xəstəxanalardan gələn absurd tibbi rəylərlə yaxından tanış idi. Hansı xəstəxana kim nə işlə məşğul olduğundan xəbərdar birisidir. Anar müəllimə imkan verək TƏBİB adına uyğun şəkildə fəaliyyət göstərsin. Kim vəzifəyə təyin olunursa, bəzi mətbuat nümayəndələri maliyyə dəstəyi üçün onu vurmağa başlayır. Bu doğru deyil. Tənqid real fəaliyyətə görə olmalıdır. Təmiz insanlara dəstək olmalıyıq”.

Vasif ƏLİHÜSEYN