adalet.az header logo
  • Bakı -°C
23 Aprel 2026 11:27
69
SİYASƏT
A- A+

“Avropa İlham Əliyevin üstün zəkasına və müdrikliyinə ehtiyac duyur”

“Bu gün dünyanın müxtəlif regionları od tutub yanır. Ərazisinin böyük və əhalisinin sayının çox olmasına baxmayaraq, bəzi dövlətlər ya səhvləri ucbatından özlərini saldıqları, ya da qəsdən salındıqları tələdən çıxmağın, ən mürəkkəb problemləri həll etməyin düzgün yollarını tapa bilmirlər, rəhbərləri atdıqları yanlış addımlarla girdikləri bataqlıqda daha çox batırlar. Müvafiq orqanlar, fəaliyyət göstərən çoxlu beyin mərkəzləri də düzgün qərarların qəbuluna ya təsir edə bilmirlər, ya da bunu istəmirlər. Həmin rəhbərlər dünya xalqları üçün “görünməz” və arzuolunmaz olurlar”. 

Adalet.az xəbər verir ki, bunu Milli Məclisin sədr müavini Musa Qasımlı deyib. 

O, bildirib ki, əgər xalqlar əvvəllər onlara hörmət edirdilərsə, sonra hərbi qüdrətlərindən qorxub çəkinirdilərsə, indi hörmət də etmirlər, qorxub çəkinmirlər də:

“Bəs belə şərait nə üçün belə yaranıb? Sualın bir başlıca cavabı vardır: dünyada müdrik dövlət rəhbərləri çatışmır! Axı, ölkələr özü-özündən deyil, liderlər tərəfindən idarə olunurlar!Bu baxımdan cənab Prezidentimiz İlham Əliyevin fəaliyyəti bir örnəkdir. Dünyanın bir sıra ölkələrinin rəhbərlərinin Azərbaycanın təcrübəsinin öyrənilməsinin vacibliyini söylədiklərini dəfələrlə eşitmişik. Bu dəfə isə Latviya Respublikasının Prezidenti Edqars Rinkeviçsin ölkəmizə rəsmi səfəri zamanı ona yenidən şahid olduq.Mətbuat üçün bəyanatında cənab Prezidentimizin dediyi aşağıdakı fikirlər münaqişələrdən müdrikliklə çıxmağın modelidir:“... hər iki ölkə (Azərbaycan və Ermənistan – M.Q.) Prezident Tramp tərəfindən Ağ Evə dəvət olunandan və Birgə Bəyanat imzalanandan sonra və xarici işlər nazirlərinin sülh sazişinin mətnini parafladıqdan sonra bizdə de-fakto sülh var. Həmin vaxtdan etibarən sülh prosesində xeyli müsbət dinamika yaşandı, o cümlədən ticarət başlandı, xüsusən də Azərbaycandan Ermənistana yanacaq məhsulları təchiz olundu, vətəndaş cəmiyyəti və media nümayəndələri arasında görüşlər keçirildi və bütün bunlar uzun illər müharibə şəraitində olan ölkələr arasında, həmçinin normal mühitin yaradılmasına töhfə verir”. 

Onun sözlərinə görə, bu nümunə göstərir ki, məhz siyasi iradə və siyasi müdriklik, o cümlədən gələcəyə strateji baxışlar hadisələri təyin edir:

“Siz ya sonsuz müharibəni və ya müharibələri davam etdirirsiniz, yaxud beynəlxalq hüquq əsasında istədiyinizə nail olduqda birdəfəlik dayanırsınız və sülhə hazır olduğunuzu nümayiş etdirirsiniz. Düşünürəm ki, həmin nümunə hələ də müharibədə olan ölkələr üçün vacib ola bilər.”Azərbaycanın regional məsələlərin həllindəki müdrikliyinin dünya üçün nə qədər faydalı olduğunu Latviya Prezidentinin dediyi aşağıdakı sözlərlə ifadə etdi:“Regional məsələlərə gəldikdə, Azərbaycanın səsini eşitmək və müdrikliyini görmək olduqca vacibdir. Fikrimcə, səfərin diplomatiya tariximiz baxımından ana xəttin təşkil edən bu sözlər təkcə Latviya Respublikasının deyil, “qoca qitə” Avropanın, eləcə də dünyanın mövqeyidir. Avropa təkcə Azərbaycanın neftinə və qazına deyil, cənab Prezidentimiz İlham Əliyevin üstün zəkasına və müdrikliyinə də ehtiyac duyur”. 

Vasif ƏLİHÜSEYN