“Bütün hallarda Ankara Ermənistan siyasətini Bakı ilə koordinasiya edir”
“Türkiyənin vitse-prezidenti Cevdet Yılmazın mayın 4-də İrəvan şəhərində keçiriləcək Avropa Siyasi Birliyinin 8-ci sammitində iştirakı doğru qərardır. Türkiyə Avropa Siyasi Birliyinin bütün toplantılarında təmsil olunub. Türkiyənin İrəvandakı toplantıda iştirakı Ankaranın Cənubi Qafqazda sülh quruculuğuna verdiyi dəstəyin göstəricisidir”.
Adalet.az xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.
“Bütün hallarda Ankara Ermənistan siyasətini Bakı ilə koordinasiya edir. Ermənistan bu toplantıya qədər Konstitusiyada dəyişiklik edib sülh müqaviləsinin imzalanmasının yolunu açsaydı, Azərbaycan və Türkiyə İrəvandakı tədbirdə Prezident səviyyəsində təmsil oluna bilərdilər. Ancaq Türkiyə ilə yanaşı Azərbaycanın da İrəvandakı toplantıda hansısa səviyyədə iştirakı mümkündür. Gələn il eyni tədbir Bakıda keçiriləcək. Ümid edək ki, həmin tədbirə qədər iki ölkə arasında sülh sazişi imzalanacaq və qarşılıqlı rəsmi səfərlər adiləşəcək”, - deyə o, bildirib.
Vasif ƏLİHÜSEYN
Digər Xəbərlər
23 Iyun 2026 11:12
İlham Əliyev Lüksemburqun Böyük Hersoqunu təbrik etdi
23 Iyun 2026 10:53
“Azərbaycan-Türkmənistan əməkdaşlığı regional sabitliyə xidmət edir”
23 Iyun 2026 10:49
İlham Əliyev Berdiməhəmmədovu Füzulidə qarşıladı - FOTOLAR
23 Iyun 2026 09:06
ABŞ İran müharibəsində nə qazandı? – Politoloq açıqladı
23 Iyun 2026 09:00
“Trampla bağlı Empşteyn sənədlərinin yenidən gündəmə gətirilməsi istisna deyil”
22 Iyun 2026 17:23
Əli Əsədov İordaniya Nümayəndələr Palatasının sədri ilə görüşdü
22 Iyun 2026 16:57
Azərbaycan və Türkmənistan bu barədə razılığa gəlib
22 Iyun 2026 16:36


Bakı -°C

