Eskalatorlar niyə işləmir?
Bakıda piyadaların təhlükəsizliyini təmin etmək üçün çoxlu sayda yeraltı keçidlər inşa edilib! Çox gözəl! Və bu yeraltı keçidlərdə eskalatorlar da istifadəyə verilib.
Təəssüf olsun ki, bir çox yeraltı keçidlərdə eskalatorlar davamlı olaraq işləmir. Məsələn, " Azneft" dairəsindəki yeraltı keçiddə dörd eskalator mövcuddur. Filormaniya bağından keçib yeraltı keçidə düşəndə orda olan hər iki eskalator altı aya yaxındır ki,işləmir. Ordan keçib Adil İsgəndərov küçəsinə çıxmaq istəyəndə burda da iki eskalatordan biri işləyir.
Yəni piyadalar bu yeri pilləkənlə qalxmağa məcbur olurlar.Özü də xəstə və yaşlı adamlar eskalator işləməyəndə çox əziyyət çəkirlər. Hətta bir yaşlı və çəkisi ağır olan qadın yıxıldı . Ona yaxınlıqdakı insanlar kömək edərək ayağa qaldırdılar! Demək olar ki, belə hadisələr həmin yerlərdə tez-tez baş verir!
Biz hər gün bu yeraltı keçiddə işləməyən eskalatorları görürük və qanımız qaralır. Amma aidiyyəti qurumların əməkdaşları əfsuslar olsun ki, bu eskalatorları nə görür, nə də qanları qaralır. Çünki əziyyəti onlar çəkmirlər! Əziyyəti o eskalatorlardan istifadə etməli olan insanlar çəkirlər!!!
Emil FAİQOĞLU
Digər Xəbərlər
10 Sentyabr 2026 20:19
Azərbaycanda doğum nisbəti və təbii artım azalıb
10 Sentyabr 2026 17:44
Bu qədər uşaq nikahdankənar doğulub
10 Sentyabr 2026 17:10
1 yaşına çatmadan ölən uşaqların sayı açıqlandı
10 Sentyabr 2026 16:30
Gizli səsyazısı məhkəmədə sübut sayıla bilər?
10 Sentyabr 2026 16:02
"İçərişəhər"ə niyə 300 maşın buraxılır?
10 Sentyabr 2026 15:52
Qardaşımın qanı yerdə qalmayacaq! - Ucalın bacısı
10 Sentyabr 2026 14:12
Səhiyyə naziri UNOPS-un Avstriya Çoxölkəli Ofisinin direktoru ilə görüşdü
10 Sentyabr 2026 11:11


Bakı -°C

