“Ukrayna Krımı qaytarmaq üzrə yekun döyüşə girib...”
“Ursula Fon der Lyayenin səfərini xüsusi olaraq gözləyirdik. Bu adam çox şey deməkdir. Gəlib Bakıda artıq ikinci dəfə Azərbaycana minnət etməsi isə tamamilə başqa bir leveldir. Səfəri də, dəstəyini də, xüsusi diqqətinin də bir sirri var: O sirrin adı Azərbaycanın Avropanı Rusiya qarşısında dizini yerə qoymağa imkan verməməsidir. 2022-ci ildən sonra enerji təhlükəsizliyi darmadağın olan və bu prizmadan hətta böyük qardaşları ABŞ tərəfindən yağmalanan Avropaya Rusiyanın qorxusundan faktiki olaraq heç kim dəstək durmadı. Məhz həmin təhlükəli günlərdə Lyayen Bakıda qarşılandı və tam dəstək ifadə edildi”.
Adalet.az xəbər verir ki, bunu politoloq Əziz Əlibəyli deyib.
“Onu da unutmuruq ki, həmin Avropa, elə həmin günlərdə Ermənistana bizim etirazımıza rəğmən EOMA casus missiyası yollayaraq dosya yığmaqla məşğul idilər. İndi yenə qapını qara qış almaqdadır. Bu payız görünür, tərəflər həlledici bir savaşa girməyə hazırlaşırlar.Ukrayna Krımı qaytarmaq üzrə yekun döyüşə girib, Rusiya isə üzüpayıza doğru tarixin ən böyük səfərbərliyi üçün bütün dövlətlərlə sərhədi bağlayacaq və ən azından qara səfərbərlik yolu ilə 5-6 milyonluq yeni bir ordu yaradacaq. Ukrayna da bunu bildiyi üçün preventiv davranaraq logistika, yerləşmə və nə bacarsa, vurur ki, prosesləri yerində tormozlaya bilsin.Bax, bu şəraitdə Avropa növbəti qışa, amansız, soyuq və sarsıdıcı 1800-cü illərə daxil olur.Bu dəfə Prussiya kralı, Avstriya imperatoru, ingilis monarxı, hətta Napoleon özü də onlarla Rusiyaya qarşı koalisiya qurublar.Biz isə...Bütün ölkələr öz paylarını bu savaşlara görə, daha çox qan tökülməyə və burdan daha çox qazanmağa görə verirlər.Biz isə, Azərbaycan isə öz yolunu və istiqamətini sülhə verdiyi fayda ilə, əməkdaşlıqla və qaz-neft siyasəti ilə -mülki insanların yaşaması naminə müəyyən edir. Aradadakı fərq, bax bu qədər dəqiq və görünəndir”, - deyə o, bildirib.
Vasif
Digər Xəbərlər
03 Iyul 2026 09:16
“Astana bütün riskləri hesablamaq məcburiyyətindədir”
02 Iyul 2026 16:19
Səhiyyə nazirinin müavinlərinin sayı artırıldı
02 Iyul 2026 16:00
Azərbaycanın Avropa İttifaqı üçün əhəmiyyəti enerji ilə məhdudlaşmır
02 Iyul 2026 13:07
“Aİ etibarlı tərəfdaş kimi Azərbaycanla əməkdaşlığın dərinləşməsində maraqlıdır”
02 Iyul 2026 12:31
Zakir Həsənov: BMT və NATO-keçirdiyi əməliyyatlarda Azərbaycan Ordusunun iştirak imkanları araşdırılır
02 Iyul 2026 11:15
“Bu görüş göstərir ki, Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı enerji ilə məhdudlaşmır”
02 Iyul 2026 10:53
Müharibənin bumeranq effekti: Rusiya öz yanacaq qıtlığında boğulur
02 Iyul 2026 10:39


Bakı -°C

