“Bu o deməkdir ki, Azərbaycan Avropa İttifaqı üçün kilid ölkədir...”
“Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayenın ölkəmizə səfəri və cənab Prezidentimiz İlham Əliyev tərəfindən qəbul edilməsi, keçirilən müzakirələr ölkəmizin Avropa İttifaqı dövlətləri üçün böyük əhəmiyyət kəsb etdiyini bir daha göstərir. Dünyada baş verən mürəkkəb proseslərin fonunda “qoca qitə” Azərbaycana daha çox ehtiyac duyur”.
Adalet.az xəbər verir ki, bunu Milli Məclisin sədr müavini Musa Qaımlı deyib.
“Mətbuata bəyanatında dövlət başçımızın dediyi aşağıdakı fikirlər Azərbaycan Respublikasının Avropa İttifaqının siyasətində necə mühüm yer tutduğunu sübut edir: “Avropa İttifaqı Azərbaycanın əsas ticarət tərəfdaşıdır. Ticarətimizin 40 faizdən çoxu üzv dövlətlərlə aparılır və Azərbaycan Avropa İttifaqı üçün Cənubi Qafqazda əsas ticarət tərəfdaşıdır. Cənubi Qafqazda ticarətin təxminən 70 faizi Azərbaycanla aparılır”. Bu o deməkdir ki, Azərbaycan Avropa İttifaqı üçün kilid ölkədir. Avropa İttifaqı təhlükəsziliyinin tərkib hissəsi olan enerji təhlükəsizliyinin təmin edilməsində Azərbaycanın enerjisinə də möhtacdır. Avropa İttifaqının üzv dövlətlərinə Azərbaycanın təbii qaz ixracı təxminən 65 faiz artıb. Azərbaycanın qaz ixracının yarısı Avropa İttifaqının üzv dövlətlərinə gedir və bütövlükdə, Avropa İttifaqının 10 üzvü Azərbaycan qazını alır, bu coğrafiyanı genişləndirmək potensialı da mövcuddur.Avropa Komissiyası prezidentinin ölkəmizə səfəri qarşılıqlı münasibətlərdə yeni səhifə açacaq. Prezident Ursula Fon der Lyayenin sərmayələrin qoyuluşu, sülh və əməkdaşlıqla bağlı söylədiklərinin həyata keçirilməsi Cənubi Qafqazdakı sülh və əməkdaşlığa böyük töhfə ola bilər”, - deyə o, bildirib.
Vasif ƏLİHÜSEYN
Digər Xəbərlər
07 Oktyabr 2026 00:05
Suriyadan 13 nəfər Azərbaycana gətirildi
06 Oktyabr 2026 18:31
Ceyhun Bayramov Gürcüstanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
06 Oktyabr 2026 17:48
Azərbaycan Rəqəmsal Əməkdaşlıq Təşkilatı ilə müzakirələr aparıb
06 Oktyabr 2026 17:00
Prezident Lord Anas Sarvarı qəbul etdi - YENİLƏNİB + FOTOLAR
06 Oktyabr 2026 16:05
"Kiçik ada dövlətlərinin prioritetlərini ön plana çəkdik" - Prezident
06 Oktyabr 2026 15:55
Prezidentdən 2026-cı il Pre-COP Liderlər tədbirinin iştirakçılarına - Müraciət
06 Oktyabr 2026 15:35
Arzu Nağıyev: Korrupsiyaya qarşı mübarizədə yeni mexanizm yaradılır
06 Oktyabr 2026 15:10


Bakı -°C

