Ceyhun Ağabəy: Dənizdəki hikmətə bax...
Hamı öz qəlbində özün düz sanır,
Hamı yaxın imiş həqiqətlərə.
Niyə anlamır ki, axı adamlar,
Həqiqət bökünmür təriqətlərə.
Neçə həqiqəti basdırıb, susub,
Mənim içimdədir qəbrim, deyəsən.
Ruhumdan bezərək özün asmağa,
İpin hazırlayıb səbrim, deyəsən.
Axır göz yaşları dolur içinə,
Yıxılır içində boğulur adam.
Dəli atın çapır doğan gününə,
Ağıllı olmaqdan yorulur adam.
Dərdimin dərinliyindən
Ürəyim unudur məni.
Dənizdəki hikmətə bax,
Sahildə batırır məni.
Köksümdə böyüyüb dağ boyda olub,
Çıxmayıb bir anlıq dərdim içimdən.
Uca dağ boydadır eşqim insana,
Başın alıb qaçır sevgim içimdən.
Digər Xəbərlər
23 Oktyabr 2026 20:22
Bakıda “Çanaqqaladan Bakıya – Ortaq Sivilizasiya” sərgisi açılacaq
23 Oktyabr 2026 16:11
“Bu gün islam dünyasında baş verənlərin bir adı var: Cəhalətin Renessansı!”
22 Oktyabr 2026 12:57
Özü taleyindən gözəl sənətkar - Əntiqə Kərimzadə yazır…
21 Oktyabr 2026 18:24


Bakı -°C

