adalet.az header logo
  • Bakı -°C
11 Sentyabr 2026 12:36
38
GÜNDƏM
A- A+

“Dəyər yalnız mənə rahat olanda əməl etdiyim qayda deyil”

“Əvvəllər insanın sosial və mənəvi təhlükəsizlik hissini ailə, qohum, qonşu və icma təmin edirdi. İnsan hansısa çətində və ya xoş gündə tək olmadığına arxayın idi. Əlaxüsus da uşaq tərbiyəsində, iraq olsun xəstəlikdə, çətinlikdə. qonşun vardı, qohumun vardı, dostun vardı. Yəni insanda əminlik, arxayınlıq hissi olduqca güclü idi. Bir-birimizə kömək etməliyik mənəvi dəyəri, bir-birimizə ehtiyacımız var reallığı ilə uzlaşırdı”. 

Adalet.az xəbər verir ki, bunu “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri deyib. 

Onun sözlərinə görə, adətlər də həmin dəyərləri qoruyan və nəsildən-nəslə ötürən mexanizm rolunu oynayırdı:

“Xəstəni ziyarət etmək, yas sahibini tək qoymamaq, qonağı hörmətlə qarşılamaq, qonşunun çətinliyinə biganə qalmamaq sadəcə adət deyildi. Bu davranışların altında, başqasının dərdi mənə də aiddir, düşüncəsi bir sütun kimi dayanırdı. Əvvəl münasibətlərdə lazımlılıq hissi daha güclü idi. Sən hər an dosta, qonşuya, yaxına, lazım idin və onlarda eynən. Müasir münasibətlərdə isə getdikcə mən səni seçirəm prinsipi önə çıxır. Seçim və fərdi azadlıq özlüyündə təhlükə deyil. Təhlükə seçimlə birlikdə məsuliyyət, bağlılıq və qayğı hissinin zəifləməsidir. Gözün ətrafdakıları görüb onu hiss etməsdir. Dəyərin əsl gücü də burada üzə çıxır. Dəyər yalnız mənə rahat olanda əməl etdiyim qayda deyil. Dəyər heç kim məni məcbur etmədiyi halda başqasına qarşı hiss etdiyim məsuliyyətdir. Mənə görə gələcəyin əsas vəzifəsi köhnə adətlərin içindəki insanı insana bağlayan dəyəri qorumaq ən vacib vəzifədir. Sizcə? Nəyi qoruyub nəyi unutmalıyıq. Niyə tənhalıq hissi kütləviləşir?”.

Vasif ƏLİHÜSEYN