30 Aprel 2025 10:06
99
ƏDƏBİYYAT

Rafiq ODAYIN ŞEİRLƏRİ

Rafiq Oday - 65

 

 

YIĞIŞ GEDƏK, YAR BAŞINA TƏVAF VAR

 

Dərdli ozan, gəl şükr eylə Tanrıya,

Salamına bir gün sonra cavab var.

Bu gözəlin təbəssümü bir yana,

Bu gözəlin baxışında savab var.

 

Min naxış var bir çarpaşıq ilmədə,

Sübhün mehi göz yaşımı silmədə.

Dəli könül, bəxt üzünə gülmədə,

Yığış gedək, yar başına təvaf var.

 

Məsum qulam – mən qapına bağlıyam,

Pərilərin ən safına bağlıyam,

Bir gözəlin insafına bağlıyam, -

Bu eşqdə ya dar ağacı, ya əfv var.

 

İMTAHAN

 

Çox pünhan sirlərin üstünü açdı,

Taleyin biqəfil dil imtahanı.

Bulud gözlərinin ilməsi qaçdı,

Başladı dünyanın sel imtahanı.

 

Gündüzlər nə çəkir – almayıb vecə,

Yenə öz qınına çəkidi gecə.

Necə ağrılıymış, İlahi, necə,

Köhnə dəyirmanın yel imtahanı.

 

Gör neçə maymağı tiran eylədi,

Göz yumub-açınca – bir an eylədi.

Topyıxmaz evləri viran eylədi,

İblisin bu fitnə, fel imtahanı.

 

Bir nimdaş ətəkdən otuz əl çəkdi,

Ağrını çığırdan ot əzəl çəkdi.

Bir kəsri ödəmək otuz il çəkdi,

Bir daha görməsin el imtahanı.

 

ŞƏLƏMIN AĞRISI CANDA

 

Bu dünyadı, canım-gözüm,

Hələ min ağrısı canda.

Ömür adlı ödənməmiş

Sələmin ağrısı canda.

 

Bu nə ruh, nə candı olan?!

Bu nə ad, nəsandıolan?!

Həraddımdasındırılan

Qələminağrısıcanda.

 

Yaşayıram il adında,

Hicrisində, miladında.

Qarışqayam, fil adında

Şələminağrısıcanda.

 

ALTINDA

 

Bir qasırğa cövlan edir,

Hər sakit gölün altında.

Dəmirtikan bardaş qurub,

Bir incə gülün altında.

 

Bir yol çıxmasın adın ki,

Düşməz dilindən yadın ki...

Boynu sınsın o odun ki,

Gizlənib külün altında.

 

Daha bağçam xəzəllikdi,

Mən sonamsa, xəzəl ilkdi...

Tanrım, bu nə gözəllikdi, –

Boylanır tülün altından?!

 

Nar ağacı – bar ağacı,

Bar ağacı - yar ağacı...

Hər kəsin öz dar ağacı

Qurulub dilin altında.

 

YAŞADIM

 

Daha o tamda deyil

balı beçələrin də...

Bir payız veyllənir

ömrün küçələrində.

 

Həyat filmlər kimi...
"Oskar"ıma sığındım.
Sığındım yağışıma,
öz qarıma sığındım.

Bəzən bir xoş baxışa,
təbəssümə yaşadım.
Bəzən də böldüm ömrü
kimə..., kimə... yaşadım.

 

Çəkirgeriyəyollar,

qapqara dam aşdırır.

Önümdəsəsaraylar

gözümüqamaşdırır.

 

Üzüm qaraolmadı

o dam kimi, yaşadım.

Bu ömrüadamoğlu

adamkimiyaşadım.

 

DİL VARDISA “KAŞ”A, YAHU

 

Ruhsuz canda sazaq gəzər, -

Baxmaz yaya, qışa, Yahu.

Dost-tanışlar uzaq gəzər,

Bəxt ilişsə xışa, Yahu.

 

Dəyişər dərdin cilidi,

Açılmaz bəxtin kilidi,

Bu kül haranın külüdü, -

Ələndi bu başa, Yahu?!

 

Ağır olar yolda şələ,

Keçilməz ki – yol daş elə...

Yolçu elə, yoldaş elə

Bu dərvişi quşa, Yahu!

 

Yığıbsa gər, işdə yığıb,

Dövranı-gərdişdə yığıb.

Bu baş çox səriştə yığıb, -

Bu daşdan o daşa, Yahu.

 

Ağ gün bir ağ don biçmədi,

Qarasız bir gün keçmədi.

Gözü gözdən su içmədi,

Ölüm baxdı qaşa, Yahu.

 

Küsmə ötən aydan, ildən,

Bu su arınmaz ta lildən.

Demək ki, çıxıbdı əldən, -

Dil vardısa “kaş”a, Yahu.

 

 

XİTAB

 

Keçir bu ömrü xəzandan,

Yaza ümidi ölməsin.

Onsuz da çoxda gözü yox,

Aza ümidi ölməsin.

 

Çıxar başdan havasını,

Kim sevər ki, yavasını?!

Şən et bülbül avazını,

Naza ümidi ölməsin.

 

Özünə, Göy, çək gülünü,

Yerin bu göyçək gülünü.

Pir elə "Göyçəgülü"nü,

Saza ümidi ölməsin.

 

Bir kəlmən mənə bəs eylər,

Ünüm yetdisə, səs eylə.

Qələmi müqəddəs eylə,

Sözə ümidi ölməsin.

 

 

TAPŞIRDIM

 

Dərd etmə, könül, dərdini

Əsən yellərə tapşırdım.

Qərib ruhun nəğməsini

Tuti dillərə tapşırdım.

 

Simsar bildim göytürkləri,

Hifz eyləsin Göy, türkləri.

Yolumdakı kötükləri

Daşan sellərə tapşırdım.

 

Olum-ölüm – qoşa addım, -

Hey basıldı daşa adım.

Mən bu ömrü yaşamadım, -

Ötən illərə tapşırdım.

 

Şırımladım xışla səni,

Çox sınadım qışla səni...

Ürəyim, bağışla, səni

Naşı əllərə tapşırdım.

 

QAR YAĞIR

 

Qar yağır bizdən o yana,

Bizdən  bu  yana  qar  yağır.

Səni  aparan  cığırdan,

İzdən  bu  yana  qar  yağır.

 

Yağır  dərədən  düzəcən,

Batıb  qalmışıq  dizəcən.

Bir gədik qalıb  sizəcən,

Sizdən   bu  yana  qaryağır.

 

Ha de, Lələ, döz - hardadı?!

Yeriməyə  diz  hardadı?!

Qayıtmağa   üz  hardadı?! -

Üzdən   bu  yana  qar  yağır.

 

Geri dönməkarsa, sözdü,

Tərsaqızıtərsa, sözdü...

Həyat  da  nə  varsa - SÖZdü,

SÖZdən   bu  yana  qaryağır.

 

ÖZÜN BAĞIŞLA

 

Tanrım, TƏKliyinə  xatir

Cütləri özün bağışla.

Günahı bütpərəstə yaz,

Bütləri özün bağışla.

 

Bağışla ac-yalavacı,

Göstər yolu-yolağacı.

Əl ağacı – yol ağacı –

Lütləri özün bağışla.

 

Ümid əldi, divan ətək,

Kimdi gəzən divanətək?!

Aqilləri divana çək,

Kütləri özün bağışla!

 

SAVAŞIR

 

Fələyin pəri fırlanır,

Alnının təri fırlanır.

Çölündə pəri fırlanır,

İçində cinlər savaşır.

 

Getdi daha ağız dadı,

Nə tapıldı ağızdadı.

Tolerantlıq kağızdadı,

Hər yerdə dinlər savaşır.

 

Bölgü gedir ən üst qatda,

Necə gəldi al da, sat da.

Mənlik, şərəf  ayaq  altda,

Hikkələr, kinlər  savaşır.

 

Kəramət  axtarma   pirdə,

Ta sirlik  qalmayıb   sirdə.

Bölük-bölük   göydə, yerdə,

Dalanlar, tinlərsavaşır.

 

Ətəyindəntökdaşını,

Başlara   qoşma  başını.

Yer kürəsi - hərb   maşını,

Paqonlar, çinlər  savaşır.