Ramiz Mehdiyev və onun çevrəsinə qurtuluş yoxdur
Son aylar ölkə ictimaiyyətini narahat edən, hər kəsi düşündürən və qəzəbləndirən bir mövzu demək olar ki, həm gündəm olub, həm də adamların rahatlığını əlindən alıb. Təbii ki, gündəm olan bu hadisə uzun müddət Azərbaycanın dövlət idarəçiliyinin ən yüksək mövqelərindən birində özünə “Boz kardinal” yuvası qurmuş Ramiz Mehdiyevlə bağlıdır.
Bu, birmənalıdır ki, biz onu həmişə yüksək tribunalarda görmüşük və hər kəsin də ona necə diqqət göstərdiyinin, sayqı ilə yanaşdığının şahidi olmuşuq. Amma bu “diqqət və sayqı” əslində Ramiz Mehdiyevin yaratdığı idarəçilik mexanizminin xofu idi. Adamlar onun qəzəbinə gəlməkdən, gülləsinə tuş olmaqdan həmişə ehtiyatlanırdılar. Çünki onun kinli baxışı özü özlüyündə hər şeyi deyirdi.
Bu gün o kinli baxışların sahibinin törətdiyi cinayətlər aşkarlandıqca təəccüblənməmək, qəzəblənməmək mümkün deyil. Ən əsası ona görə ki, bu məxluq, sən demə, təkcə cinayətlər törətmək yox, həm də vətənə xəyanət etmək, onu irəli çəkənlərə arxadan zərbə vurmaq yolunu da tutubmuş. Bu məqsədlə də ölkə xaricindən dəstək almış, sifarişlər yerinə yetirmiş, yaratdığı cinayət şəbəkəsinə özü ilə məsləkdaş olan tərəfdaşlar da toplamışdı. Hətta artıq bəlli olduğu kimi, Ramiz Mehdiyev müstəqil Azərbaycanı yenidən rus imperiyasının vassalına çevirmək niyyətini də özünün amalına çevirmişdi.
Təəssüf doğuran odur ki, göstərilən etimad, yaradılan iş şəraiti Ramiz Mehdiyevə haqq yoluna dönmək, Prezidentimizə, Xalqımıza, Dövlətimizə xidmət etmək məramını, məqsədini aşılaya bilməmişdi. Onun yalquzaq xisləti yalnız dağıtmaq, mənimsəmək və Azərbaycan daxilində qruplar yaratmaqla özünə dayaqlar tapmaq olub. Necə deyərlər, bu yalquzaq xislətli məxluq Azərbaycana xəyanət edənləri, Azərbaycanın uğurlarını görməyənləri çox rahatlıqla öz komandasına yığa bilmişdi.
Amma Azərbaycanın müdrik rəhbərliyi onun bu dağıdıcı, yırtıcı istəyinin qarşısını almağı bacardı. Yəni Cənab Prezidentimizin dediyi kimi, nəyi nə vaxt etmək məqamı gəlib çatdı. İndi Ramiz Mehdiyev və onun çevrəsi ən ağır ittihamlar qarşısında qalıblar. Bu, həm dövlətin, həm onun qanunlarının, həm də Azərbaycan xalqının ittihamıdır. Bu ittihamlardan qurtuluş yoxdur. Bunu Ramiz Mehdiyev də yəqin ki bilir!
Ə. Əliyev
Digər Xəbərlər
24 Dekabr 2025 14:07
“Pirotexniki vasitələr nəinki səs-küyə, yanğınlara da səbəb olur”
24 Dekabr 2025 13:54
Emin Ağalarov Prezidenti belə təbrik etdi - VİDEO
24 Dekabr 2025 13:25
Bayram günlərində avtovağzallar gücləndirilmiş iş rejimində işləyəcək
24 Dekabr 2025 13:06
Hikmət Hacıyev İlham Əliyevin doğum günü münasibətilə paylaşım etdi
24 Dekabr 2025 11:56
"Bu təhsil sahəsində əməkdaşlığa dair Sazişə növbəti bir töhfədir"
24 Dekabr 2025 10:58
Ruslan Eyyubovun sahildəki 15 hektarlıq bağ evi - Burada gizli liman var?
24 Dekabr 2025 10:35
Arzu Əliyeva Prezidenti bu foto ilə təbrik etdi
24 Dekabr 2025 09:58


Bakı -°C

