adalet.az header logo
  • Bakı -°C
09 Iyun 2026 12:42
76
SİYASƏT
A- A+

"Rayonlarda mənfi urbanizasiya prosesləri gedir" - Deputat

Azərbayacanın rayonlarında mənfi urbanizasiya prosesləri gedir.

Adalet.az xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında deputat Ziyad Səmədzadə deyib.

"İstəməzdim ki, dövlətimin, vətənimin iqtisadiyyatına xarici ekspertlər rəy versinlər. Xarici ekspertlər heç vaxt Azərbaycanın milli iqtisadiyyatının inkişafında maraqlı olmayıb", - deyə deputat bildirib.

Z.Səmədzadə qeyd edib ki, respublikada istehsal edilən ümumi daxili məhsulun cəmi 12 %-i regionların payına düşür: “Böyük potensiala malik olan, əhalinin yarısının regionlarda yaşadığı vəziyyətdə 12 % çox aşağı rəqəmdir. Rayonlarda mənfi urbanizasiya prosesləri gedir. Ona görə iqtisadi strukturlar fikirləşməlidirlər ki, urbanizasiya proseslərini necə saxlamaq olar. Əgər bütün rayonlar öz dotasiyalarını özlərini həll edirsə, nəyin hesabına gəlir əldə edirlər? Axı rayonlarda müəssisə yoxdur. Mənfi urbanizasiya ağır məsələdir”.