Regionlardakı həkim çatışmazlığı məsələsi Milli Məclisdə qaldırıldı
"Regionlarda ciddi həkim kadrlarının çatışmazlığı var. Bir neçə dəfə bu məsələni qaldırmışıq".
Adalet.az xəbər verir ki, bunu Milli Məclisin Səhiyyə komitəsinin bu gün keçirilən iclasında komitə sədri Əhliman Əmiraslanov deyib
"Bu istiqamətdə işlər aparılır. Ölkəmizdə kifayət qədər həkim kadrları hazırlanır", - deyə komitə sədri bildirib.
Onun sözlərinə görə, ölkədə ümumilikdə həkim qıtlığı yoxdur və hər 100 min nəfərə düşən həkim sayına görə Azərbaycan bir çox ölkələrlə müqayisədə əlverişli vəziyyətdədir. Lakin həkimlərin böyük hissəsi iri şəhərlərdə cəmləşdiyindən regionlarda bir sıra ixtisaslar üzrə ciddi kadr çatışmazlığı müşahidə olunur.
Ə.Əmiraslanov qeyd edib ki, regionlardakı boşluqların aradan qaldırılması üçün müxtəlif mexanizmlər üzərində iş aparılır, o cümlədən bəzi ixtisaslar üzrə kadr hazırlığının təkmilləşdirilməsi və yaşlı mütəxəssislərin fəaliyyət müddətinin uzadılması məsələlərinə baxılır.
O vurğulayıb ki, bölgələrdə ilkin tibbi xidmətin səviyyəsi çox aşağıdır.
"Digər problem 65 yaşı tamam olan həkimlərin təqaüdə göndərilməsi məsələsidir. Bu gün həmin məsələyə baxılır. Regionlarda 65 yaşı tamam olan həkimlərin peşə fəaliyyətini davam etdirməsinə şərait yaradılacaq. Bu istiqamətdə iş aparılır", - deyə komitə sədri vurğulayıb.
Digər Xəbərlər
18 Iyul 2026 17:24
Çimərlikdə maşın sürənləri hansı cəza gözləyir? - VİDEO
18 Iyul 2026 10:17
“Bakıda “Rus evi” bərpa edilsin” kimi təkliflərə cavabımız mənfi olmalıdır...”
18 Iyul 2026 09:05
Zəlzələ qurbanlarının sayı 5 mini ötdü
17 Iyul 2026 18:14
Azərbaycanda 5 ölkənin iştirakı ilə hərbi təlim keçiriləcək - FOTOLAR
17 Iyul 2026 18:00
AQTA rəsmisi heyvan daşıması ilə bağlı məsələyə aydınlıq gətirdi
17 Iyul 2026 17:38
Dövlət Xidməti daha bir beynəlxalq mükafata layiq görülüb
17 Iyul 2026 15:44
DYP Tərtərdə ər-arvadın öldüyü yol qəzası barədə məlumat yaydı
17 Iyul 2026 13:41


Bakı -°C

