Rəqsanə İsmayılova dələduzluq etdiyinə görə həbs edildi
Sabunçu rayonunda polis əməkdaşlarının vətəndaşlardan daxil olan şikayətlər əsasında həyata keçirdikləri tədbirlər nəticəsində dələduzluq etməkdə təqsirli bilinən 1979-cu il təvəllüdlü İsmayılova Rəqsanə İsmayıl qızı saxlanılıb.
Adalet.az report-a istinadən xəbər verir ki, o, iki nəfər zərərçəkən şəxsin ümumilikdə 35.000 manat dəyərində qızıl-zinət əşyalarını və 520.000 ABŞ dolları məbləğində pulunu dələduzluqla ələ keçirib.
Qeyd edilən faktlarla bağlı Sabunçu Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin xüsusilə külli miqdarda ziyan vurmaqla dələduzluq etmə maddəsi ilə cinayət işi başlanılıb və R.İsmayılova təqsirləndirilən qismində saxlanılaraq istintaqa cəlb olunub. Onun barəsində məhkəmənin qərarı ilə 4 ay müddətində həbs qətimkan tədbiri seçilib.
Məlumatı DİN-in Mətbuat Xidmətindən təsdiq ediblər.
Digər Xəbərlər
02 Oktyabr 2026 20:24
"Qabırğalarımı sındırtmaq istəyirəm" - Ayan Babakişiyeva
02 Oktyabr 2026 15:27
"Gündə 5 dəfə yemək yeyirəm" - Monika Belluççi
02 Oktyabr 2026 13:51
Aparıcı Çiçəyin dekolteli geyimi diqqət çəkdi - VİDEO
01 Oktyabr 2026 19:34
Afra Saraçoğlu narkotik testinin nəticəsi ilə bağlı açıqlama verib
01 Oktyabr 2026 13:32
Rəqsanə İsmayılova: “Sənə kim ixtiyar verir ki…”
01 Oktyabr 2026 12:02
Sahib İbrahimov: Bacarırsınızsa, mənə ağıl yox, hüzur verin”
01 Oktyabr 2026 12:01
Murad Dadaşov: “Hələ də onun məzarına getməmişəm”
30 Sentyabr 2026 20:21


Bakı -°C

