Rəsmi İrəvan "Rus evi"ni bağlayacaqmı? - PROQNOZ
Bakıdakı “Rus evi bağlanması geniş müzakirələrə səbəb olduğu bir dönəmdə Moldova da Kişinevdəki 2009-cu ildə açılan "Rus Evi"nin bağlanmasına qərar verdi. Beləki, Nazirlik bu qərarı pilotsuz təyyarələrin Moldova hava məkanına uçması ilə bağlı verib.
Fevralın 13-də Rusiyanın bir neçə pilotsuz təyyarəsi Moldova hava məkanını pozub, daha sonra isə dronlar Tarakliya bölgəsində qəzaya uğrayıb.
Hazırda diqqətlər Ermənistandadır. Görəsən , Ermənistanda “rus evi”nin bağlanması ilə bağlı addım atacaqmı?
Əslində Rusiya Federasiyası anlayır ki, bu tip addımlara Ermənistan daha yaxındır və ərazisində KTMT təlimlərini qadağan etməsi, hərbi təlimlərə qoşulmaması, 2025-ci il yanvarın 1-dən etibarən Rusiya sərhədçilərinin Ermənistan-İran sərhədindəki sərhəd-keçid məntəqələrində xidmətlərini dayandırması qərarı ilə İrəvandakı “Rus evi” bağlamağa daha yaxındır. Bunu anlayan rusiyalı rəsmilər təcili hərəkətə keçdi.
Moskvadan İrəvandakı “Rus evi”nə Ermənistan Elmlər Akademiyasının elmi mərkəzi ilə əməkdaşlıq əlaqələri qurmağı tövsiyyə edib və əmr dərhal yerinə yetirilib. İmzalanan müqaviləyə əsasən tərəflər birgə tədqiqat layihələri, konfrans və seminarlar təşkil edəcək.
Baş ofisin İrəvandakı “Rus Evi” son vaxtlar fəaliyyətini genişləndirməkdə, daha çox aktivlik göstərməkdədir ki, bu da Qafqazda ikinci bir “Rus evi”nin bağlanmasının təşvişindən irəli gəlir.
Amma Ermənistan baş naziri N.Paşinyanın nə vaxt nə addımı atacağını da dəqiqləşdirmək çətindi. Əgər Rusiya Ermənistanın "qılığına" girməsə təmənnasız yardımlar göstərməsə İrəvandakı "rus evi"nin bağlanacağı şübhə doğurmur.
Əntiqə Rəşid
Digər Xəbərlər
09 Dekabr 2025 11:00
MICHELIN Guide Türkiyə 2026 restoran seçimini açıqladı: ölkənin kulinariya xəritəsi daha da genişlənir
09 Dekabr 2025 10:34
Makron münaqişə prossesində pozitiv məqamlar görür
09 Dekabr 2025 10:25
Ərdoğan dedi ki, yeni dövr başlayır - Orban
09 Dekabr 2025 10:00
Zaxarova Qərb yarımkürəsinin təhlükə ilə üzləşməsindən narahatdır
09 Dekabr 2025 09:32
Tramp Qəzzanın bərpasını Qətərin boynuna qoymaq istəyir..?
08 Dekabr 2025 20:34
Paşinyan yeni müşavir təyin edib
08 Dekabr 2025 20:25
Peskov: ABŞ-Ukrayna danışıqlarının nəticələri barədə Kreml məlumatsızdır
08 Dekabr 2025 20:14


Bakı -°C

