30 Aprel 2025 13:06
227
DÜNYA

Reuters: " Kurskda 4700 koreyalı əsgər itkin,  600-ə yaxını ölü... "

Xatırladaq ki, bu ilin fevralında Ukrayna Prezidenti Vladimir Zelenski bildirdi ki, Rusiya yenidən Şimali Koreya əsgərlərini Kursk bölgəsinə gətirib və bu istiqamətdə yeni hücumlar olub:“Kursk əməliyyat zonasında yeni hücumlar olub. Rusiya ordusu yenidən koreyalı əsgərləri buraya cəlb edib. Xeyli sayda işğalçı məhv edildi, söhbət yüzlərlə rus və Şimali Koreya əsgərindən gedir”.

Adalet.az xəbər verir ki, Rusiya tərəfindən Ukraynaya qarşı vuruşan 600-ə yaxın Şimali Koreya əsgəri həlak olub.
Məlumatı nüfuzlu Reuters nəşri Cənubi Koreya parlamentinin deputatı Li Sonq Kvon Milli Kəşfiyyat Xidmətinin brifinqindən sonra yayıb:
“Ukraynada Rusiya tərəfindən döyüşənlərdən təxminən 600 Şimali Koreya əsgəri (ümumi sayları 15 000 -dir) həlak olub”.

O əlavə edib ki, Şimali Koreya Kurskda 4700 əsgər itirib, o cümlədən 600-ə yaxını da  ölüb və həmin sgərlərin cəsədləri (küllər) KXDR-ə aparılmazdan əvvəl orada kremasiya edilib. 3 mindən çox yaralı əsgər isə vətəninə qaytarılıb.

Cənubi Koreya kəşfiyyatının məlumatına görə, Şimali Koreya iki mərhələdə Rusiyaya ümumilikdə 15 min hərbçi göndərib.

Bu yaxınlarda Rusiya prezidenti Vladimir Putin Şimali Koreyaya əsgər göndərdiyinə və Kursk bölgəsinin azad edilməsinə kömək etdiyinə görə təşəkkür edib.


Qeyd edək ki, , Rusiyanın Kursk vilayətində ilk əvvəl səkkiz minə yaxın Şimali Koreya əsgəri döyüşdüyünü Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəhbəri Kirill Budanov demişdi. Sonradan Zelenski Putinin növbəti dəfə koreyalı əsgərlərdən ibarət yeni ordunu cəbhəyə yerləşdirdiyini açıqladı.


Əntiqə Rəşid