Ronaldo karyerasını nə vaxt başa vuracaq?

Portuqaliya millisinin və "Əl-Nəsr"in hücumçusu Kriştiano Ronaldo karyerasını nə vaxt başa vuracağı ilə bağlı sualı cavablandırıb.
Adalet.az xəbər verir ki, bu barədə insayder Fabrizio Romano məlumat yayıb. 39 yaşlı forvard deyib:
“Mən sadəcə özümdən zövq almaq istəyirəm. 40 yaşım tamam olur... Mən həqiqətən hər andan həzz almaq istəyirəm. Nə qədər ki, motivasiya hiss edirəm, oynamağa davam edəcəyəm. Özümü motivasiya edə bilmədiyim gün karyeramı başa vuracağam”.
Qeyd edək ki, bu mövsüm Ronaldo "Əl-Nəsr"in heyətində bütün yarışlarda 15 matça çıxıb, 10 qol vurub və 3 qolun ötürməsini verib. Futbolçunun klubla hazırkı müqaviləsi 2025-ci ilin yayına kimi nəzərdə tutulub.
Həmçinin o, ötən gecə Portuqaliya millisinin heyətində dubl edib və ümumilikdə karyerası ərzində rəsmi matçlarda vurduğu qolların sayını 910-a çatdırıb.
Digər Xəbərlər

Millimiz heç-heçə etdi

Bəhmənlinin futbol stadionu...

“Atletik” taktiki baxımdan güclüdür” - Qurban Qurbanov

2025-ci ilin ən çox gəlir əldə edən futbolçusu oldu

Azərbaycan boksçuları Avropa çempionatında iştirak edəcək

UEFA Qazaxıstan Futbol Federasiyasını cəzalandırdı

Misli Premyer Liqasında XI tur "Zəfər turu" adlanacaq
