"Rusiya müharibədə itkilər verdiyi üçün sərhədini möhkəmləndirə bilməz"
"Finlandiyanın NATO-ya daxil olmasından sonra Rusiya Alyansla sərhədinin möhkəmləndirilməsinin vacibliyini bəyan edəcək, lakin resursların çatışmazlığı səbəbindən bunu edə bilməyəcək".
Adalet.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu Finlandiya Müdafiə Qüvvələrinin kəşfiyyat mərkəzinin rəhbəri polkovnik Esapekki Vehkaoya deyib.
"Rusiya NATO ilə yeni sərhəddə hərbi mövcudluğunu gücləndirməyi zəruri hesab edəcək, lakin Rusiyada planlar və reallıqlar fərqlidir", - kəşfiyyat mərkəzinin rəhbəri bildirib.
Onun fikrincə, yaxın bir neçə ildə bu istiqamətdə çox əhəmiyyətli praktiki tədbirlər görülməyəcək, ona görə ki, Rusiya ordusu Ukraynada ciddi itkilər verib və verməkdə davam edir.
Xatırladaq ki, mayın 18-də Finlandiya və İsveç NATO-ya üzv olmaq üçün rəsmi müraciət ediblər.
Digər Xəbərlər
06 Noyabr 2025 22:07
Polşa prezidenti Ukraynanı naşükürlükdə ittiham etdi
06 Noyabr 2025 21:46
Tramp İrana qarşı sanksiyaların müddətini bir il artırıb
06 Noyabr 2025 20:56
Zəngəzurla bağlı bizə söz verdilər - Arakçı elan etdi
06 Noyabr 2025 15:13
"Makton Fransa tarixinin ən pis prezidentidir"
06 Noyabr 2025 13:08
"Azərbaycana yük qatarlarının tranzitini təmin etməyə hazırıq!" - Paşinyan
06 Noyabr 2025 11:35
Rusiya nüvə sınaqlarına hazırlaşır: Qərblə yeni qarşıdurma mərhələsi
06 Noyabr 2025 11:34
"2030-cu ilə qədər Aİ-yə üzv olmaq istəyirik" - Kobaxidze
06 Noyabr 2025 10:31


Bakı -°C

