Rusiya XİN-dən ermənilərə:"USAİD-in bəxşiş verdiyi pullar tükənməyibsə..."
Ötən gün xəbər vermişdik ki, Rusiya Xarici İşlər Naziri Sergey Lavrovun səfəri ərəfəsində İrəvanda Rusiyaya qarşı etiraz aksiyası keçirilib və Kiyev körpüsündən Vladimir Putinin şəklinə “qatil” sözləri yazılmış böyük pankart asılıb.
Adalet.az xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova İrəvanda Rusiya prezidenti əleyhinə təhqiramiz plakatlara münasibət bildirib.
Rusiya XİN nümayəndəsi bu cür təxribatların kökündə ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi (USAID) tərəfindən ayrılmış maliyyə vəsaitlərinin dayandığını bildirib.
“Bilirsinizmi, ABŞ-ın İrəvandakı səfirliyində nə qədər adam işləyir... 2 min nəfər. Yəqin ki, onların bəziləri hələ başa düşməyiblər ki, onlar Ermənistan-Rusiya münasibətlərini pisləşdirməklə yox, Rusiya-Amerika münasibətlərini inkişaf etdirməklə məşğul olmalıdırlar. Yaxud da ola bilsin ki, Ermənistana hələ də USAİD-in köçürdüyü pullar tükənməyib. Görünür, USAID-dən ayrılmış pullar hələ də qalıb və bu cür layihələrə yönəldilib”, – deyə Zaxarova vurğulayıb.
Onun sözlərinə görə, dünyanın bir çox ölkəsində USAID-in vəsaiti ilə “heç bir yaxşı iş görülməyib” və bu təşkilat daim sabitliyi pozmağa yönəlmiş sınaqdan keçmiş sxemlər üzrə fəaliyyət göstərir.
Xatırladaq ki, 2022-ci ildə Rusiya prezidenti Vladmir Putinin İrəvan şəhərində Kiyev körpüsündə böyük portreti asılmışdı.Həmin vaxt portretdə “Biz Rusiya ilə birgəyik” sözləri yazılmışdı.
P.S. Vallah bu rusun heç vaxt nə dostluğunu anlaya bildim, nə də düşmənçiliyini... Bu hərəkətlər nə idi, Rusiyanın "Rostex" dövlət korporasiyası Ermənistana dağlıq ərazilərdə təyyarələrin naviqasiyasına kömək edən avadanlıq verməsi nə idi?. Söhbət "Azimut" şirkətinin VOR/DME 2700 çox istiqamətli radiomayakından gedir. Avadanlıq Qarakilsə (Sisian) şəhərində quraşdırılıb və eyni anda 200-ə yaxın təyyarəni izləmək imkanına malikdir.
Əntiqə Rəşid
Digər Xəbərlər
13 Dekabr 2025 17:01
İndoneziyada ölənlərin sayı 1000-ə ÇATDI
13 Dekabr 2025 16:51
Ərdoğan: Türkiyə ordusunun Qəzzaya göndərilməsi...
13 Dekabr 2025 16:19
Ərdoğandan mərc oyunları barədə: Hansı klub olursa olsun...
13 Dekabr 2025 16:02
Tayland–Kamboca sərhədində döyüşlər şiddətləndi
13 Dekabr 2025 14:35
Ərdoğan: Rusiya-Ukrayna münaqişəsində sülh uzaqda deyil
13 Dekabr 2025 13:55
Rusiya bu gecə Ukraynaya son dövrlərin ən genişmiqyaslı hücumunu həyata keçirib
13 Dekabr 2025 00:33
GƏRGİNLİK PİK HƏDDƏ:Türkiyəyə məxsus yük gəmisi vuruldu - VİDEO - YENİLƏNİB
12 Dekabr 2025 23:56


Bakı -°C

